İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
9 Mart 12:22
3 157
İsrail ordusunun rəsmi nümayəndəsi Avixay Edri Beyrutun cənub rayonlarının sakinlərini şiə təşkilatı “Hizbullah”la əlaqəli kredit-maliyyə assosiasiyasının ofislərinə planlaşdırılan zərbələr barədə xəbərdar edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə ərəb dilində X sosial şəbəkəsində yayılan bəyanatda qeyd olunub.
Onun sözlərinə görə, yaxın saatlarda İsrail Müdafiə Ordusu (İMQ) “Əl-Qard əl-Həsən” adlı terror infrastrukturuna qarşı qəti addımlar atacaq. Bildirilib ki, bu qurum “Hizbullah”ın fəaliyyətini maliyyələşdirir və İranın maraqları naminə Livan iqtisadiyyatına zərər vurur.
Edri həmçinin maliyyə qurumlarının yerləşdiyi ərazilərdə yaşayan əhalini tez bir zamanda həmin yerləri tərk etməyə çağırıb. O bildirib ki, İMQ mülki əhaliyə zərər vermək istəmir və sakinləri göstərilən təxliyə marşrutları ilə Beyrutun cənub ətrafını tərk etməyə çağırıb.
25 Mart 18:25
1 386
25 Mart 15:09
1 344
25 Mart 13:50
1 953