11:47
1 022
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) Yaxın Şərqdən ABŞ və digər Qərb ölkələrinə bir barel belə neftin ixracına imkan verməyəcəyini vəd edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə korpusun rəsmi nümayəndəsi general Əli Məhəmməd Naini bildirib. .
General xəbərdarlıq edib ki, ABŞ-ın İrana qarşı əməliyyatı uzanarsa, Tehran Yaxın Şərq neftinin Hörmüz boğazı vasitəsilə daşınmasını uzun müddətə bloklamağa hazırdır.
Ekspertlər bütün bu hadisələrin qlobal enerji bazarında çöküşə səbəb ola biləcəyi barədə xəbərdarlıq ediblər.
Məryəm Quliyeva