"Azərbaycanın İrana yardımı yalnız qonşu ölkəyə dəstək vermək deyil"
Azərbaycan səfirliyi Suriyada iftar süfrələri təşkil edib - FOTO
BƏƏ-də qalan 200-ə yaxın Azərbaycan vətəndaşı ölkəyə gətirilib - FOTO
Azərbaycanın İrana göndərdiyi humanitar yardım Astara sərhədindən yola salınıb- YENİLƏNİB-1 - FOTO
12:27
574
“İrana qarşı İsrail və ABŞ-nin hərbi müdaxiləsi fonunda görürük ki, regional müharibənin miqyası genişlənir. Əgər körfəz ölkələrində olan ABŞ-nin bazalarına İran tərəfdən hücumlar təşkil olunurdusa, artıq görürük ki, qardaş ölkə Türkiyə də İran tərəfindən hədəfə alınır”.
Bunu xalqcebhesi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq İlyas Hüseynov deyib.
İ.Hüseynov bundan öncə də Türkiyəyə qarşı ballistik raket tətbiq olunduğunu bildirərək əlavə edib ki, lakin növbəti dəfə eyni hadisənin baş verməsinin məntiqini anlamaq çətindir: “Çünki Türkiyə NATO dövlətidir. Məlumdur ki, məhz Türkiyə kimi digər dövlətlərə də İran tərəfindən raket buraxılmasının əsas səbəbi bundan ibarətdir ki, bu dövlətlər ABŞ və İsrailə təzyiq etsinlər ki, müharibə dayansın və yaxud İrana qarşı açıq müdaxilənin mənfi təsirlərinin region dövlətləri də daşıması məntiqi İran tərəfindən rəhbər hesab olunur. Lakin bütün bunların İran üçün çox acı nəticələr doğuracağını da indidən söyləmək mümkündür. Çünki qardaş Türkiyə nə qədər təmkin və səbr nümayiş etdirsə də bu səbr kasasının daşması da mümkündür”.
Onun sözlərinə görə, nəzərə almaq lazımdır ki, Türkiyə NATO-da ikinci böyük orduya malikdir: “Eyni zamanda, müxtəlif dövrlərdə Türkiyə İrana qarşı sanksiyalara da qoşulmayıb, sərhəd-keçid məntəqələrini də bağlamayıb və yalnız dost münasibət sərgiləyib. Bütün bunların qarşılığında hazırkı münasibətlərin İran tərəfindən ortaya qoyulması həm qeyri-dost münasibətidir, həm mehriban qonşuluq siyasətinə ziddir, həm də İranın rəhbər hesab etdiyi ideologiya və tutduğu siyasi xətlə də üst-üstə düşmür. Düşünürəm ki, bu cür davranışın sərgilənməsi regional müharibənin miqyasını daha da genişləndirə və əlbəttə ki, yeni-yeni müharibəyə geosiyasi oyunçuları cəlb edə bilər”.
Röya İsrafilova