08:25
567
ABŞ İran ətrafında cəmləşdirdiyi aviadaşıyan gəmilərini 500–1000 km məsafəyə qədər geri çəkib. Həmçinin Körfəz ərəb ölkələrində yerləşən ABŞ hərbi bazaları İranın intensiv hücumlarına məruz qalır. ABŞ və İsrail isə İranı yüz kilometrlərlə uzaq məsafədən vurmağa davam edir.
Politoloq Məhəmməd Əsədullazadə xalqcebhesi.az-a deyib ki, Yəməndə husiləri devirmək üçün Səudiyyə Ərəbistanının başçılığı ilə koalisiya qüvvələri quru əməliyyatı həyata keçirmişdi. Eyni zamanda ABŞ və İsrail aviasiyası havadan zərbələr endirirdi. Buna baxmayaraq, Yəməndə husiləri devirmək mümkün olmadı. Səudiyyə Ərəbistanı yüzlərlə canlı qüvvə və xeyli hərbi texnika itirərək faktiki olaraq məğlub oldu:
"Hazırda İran uzunmüddətli müdafiə strategiyasına keçib. Ölkə daxilində isə xalqın bir hissəsi artıq meydanlara çıxaraq yeni Ali dini rəhbəri dəstəkləyir. Əgər ABŞ və İsrail hərbi əməliyyatları dayandırarsa, bu İran tərəfindən şübhəsiz qələbə kimi təqdim olunacaq. Belə bir vəziyyətdə İran regionda əsas güc mərkəzlərindən birinə çevrilə bilər.
Bu isə ABŞ-ın beynəlxalq mövqelərinə ciddi zərbə vura, İsrailin təhlükəsizliyini isə sual altına qoya bilər. Məhz buna görə də ABŞ və İsrailin hazırkı hərbi əməliyyatları dayandırması regionda yeni təhlükəli vəziyyət yarada və ABŞ üçün hərbi-siyasi fiasko olar".
Cavid
9 Mart 16:08
1 785
9 Mart 16:04
1 596
9 Mart 15:38
1 946