"Bitcoin"in qiyməti 70 min dollara yaxınlaşıb İqtisadiyyat

"Bitcoin"in qiyməti 70 min dollara yaxınlaşıb

Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlərin qiymətində artım müşahidə olunub.

“APA-Economics” CoinMarketCap platformasına istinadən xəbər verir ki, bazar kapitallaşması son 24 saatda 2,94% artaraq 2,37 trilyon dollar təşkil edib.

Lider kriptovalyuta olan "Bitcoin"in qiyməti son sutkada 3,74% artaraq 69 731 dollara yüksəlib. Bazar dəyərinə görə ikinci sırada yer alan "PAX Gold"un qiyməti 1,24% artaraq 5 165 dollar təşkil edib. "Tether Gold" 1,32% bahalaşaraq 5 126 dollar səviyyəsində qərarlaşıb.

"Ethereum" 2,97% bahaşaraq 2 034 dollara, BNB 2,79% artaraq 640 dollara, "Solana" 2,95% artaraq 85,6 dollara yüksəlib.

Alternativ kriptovalyutalar arasında daha güclü artım Hyperliquid tokenində qeydə alınıb. Bu aktivin qiyməti son sutkada 13,83% artıb.

Analitiklər bildirirlər ki, bazar iştirakçılarının böyük kriptovalyutalarda alışları artırması və son günlərdəki enişdən sonra texniki bərpa prosesi kriptovalyuta bazarında artımı dəstəkləyib.