ITFC: İndiyə qədər ümumilikdə 96 milyard dollarlıq maliyyələşdirmə həyata keçirmişik
Məhəmməd Safri Həmid: Qlobal sukuk bazarının 36%-ni təmsil edirik
CNN: ABŞ və İran arasındakı saziş qəsdən qeyri-müəyyən tərtib olunub
“Biz və bizim dağlar” abidəsinə istinad etmək sülh prosesinə xələl gətirir - MÖVQE
9 İyun 16:13
1 743![]()
Böyük Britaniya İordan çayının qərb sahilindəki fəaliyyətlərinə görə İsrailin bir fiziki şəxs və altı şirkətinə qarşı sanksiyalar tətbiq edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Xarici İşlər Nazirliyi tərəfindən dərc edilmiş insan hüquqlarının pozulmasına dair yenilənmiş Britaniya Qlobal Sanksiya Rejimində deyilir.
Belə ki, sanksiyalar İsrail vətəndaşı İtamar Yehuda Levi və onun rəhbərlik etdiyi “Eyal Hari Yehuda” şirkətinə qarşı tətbiq olunub. Məhdudiyyətlərin əsası kimi bu şirkətin “Qərb sahilində tikinti və söküntü işlərinin aparılmasına, həmçinin Fələstin torpaqlarının və əmlakının məhv edilməsinə şərait yaratması, dəstəkləməsi və buna məsuliyyət daşıması” göstərilir. Həmçinin qeyd olunur ki, sözügedən şirkət “Fələstin əhalisinin daha geniş miqyasda məcburi köçkünlüyünə səbəb olan fiziki hücumlar, silahlı atışmalar və fələstinlilərin qətlə yetirilməsi” hadisələrində iştirak edib.
Qara siyahıya, həmçinin kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən “Ahavat Gilad” qeyri-hökumət təşkilatı, “Ari Yshag”, “Artzenu” və “Shivat Zion Lerigvey Admata” təşkilatları, eləcə də Yəhudiya və Samariyadakı 70 kənd təsərrüfatı təsərrüfatını birləşdirən Fermalar Assosiasiyası daxil edilib. İtamar Yehuda Leviyə qarşı aktivlərin dondurulması ilə yanaşı, krallıq ərazisinə giriş qadağası da qoyulub.
Britaniya xarici siyasət idarəsi vurğulayıb ki, sanksiyalar Avstraliya, Kanada, Yeni Zelandiya, Norveç və Fransa ilə birgə, “Qərb sahilində məskunlaşma yerlərinin rekord dərəcədə genişlənməsinə və məskunlaşanlar tərəfindən zorakılığın artmasına cavab olaraq” tətbiq edilir. Londondan bildirildiyinə görə, əlaqələndirilmiş sanksiyalar “Qərb sahilində məskunlaşanların fələstinlilərə qarşı hücumlarını maliyyələşdirən və dəstəkləyən şəbəkələri” hədəf alır.
Bundan əlavə, Forin Ofis (Böyük Britaniya XİN) İsrail ilə əməkdaşlıq edən Britaniya biznesi üçün tövsiyələrini dəyişib. XİN “Qanunsuz İsrail məskunlaşma məntəqələrində hər hansı iqtisadi və maliyyə əməliyyatlarının aparılmasını qətiyyətlə tövsiyə etmirik”, — deyə qeyd edib və vurğulayıb ki, bu cür məskunlaşma yerləri “beynəlxalq hüquqa görə qanunsuzdur, sülhə maneə törədir və İsrail-Fələstin münaqişəsində iki dövlətli həll variantının reallaşmasını təhlükə altına qoyur”.
Məryəm Quliyeva