Katz: "Təzyiqlərə baxmayaraq, ordunun Livandan çıxarılmasının əleyhinəyik" Dünya

Katz: "Təzyiqlərə baxmayaraq, ordunun Livandan çıxarılmasının əleyhinəyik"

İsrail Müdafiə Ordusu (SAXAL) Livan, Suriya və Qəzza zolağındakı təhlükəsizlik zonalarında qeyri-müəyyən müddətə qalacaq.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Katz bəyan edib.

"İsrailin Baş naziri Benyamin Netanyahu və mən aydın bir siyasət yürüdürük; buna əsasən, İsrail Müdafiə Ordusu sərhədləri və İsrail yaşayış məntəqələrini qorumaq üçün Livan, Suriya və Qəzzadakı təhlükəsizlik zonalarında qeyri-müəyyən müddətə qalacaq", — deyə portala istinadən nazirin sözləri "Ynet" saytında sitat gətirilib.

"Biz (İsrail) mövcud olan və ya gələcəkdə ola biləcək hər hansı təzyiqlərə baxmayaraq, İsrail Müdafiə Ordusunun Livandan çıxarılmasının əleyhinəyik", — deyə Katz aydınlıq gətirib. Onun sözlərinə görə, Netanyahu bunu amerikalı lider Donald Trampa və digər yüksək rütbəli ABŞ rəsmilərinə "aydın şəkildə bildirib". Bundan əlavə, Müdafiə Nazirliyinin rəhbəri bu mövqeyini iyunun 14-də Pentaqonun rəhbəri Pit Heqset ilə danışığı zamanı da ifadə etdiyini əlavə edib.

Məryəm Quliyeva