Fidan: Türkiyə Ukrayna müharibəsini bitirmək üçün vasitəçi olmağa hazırdır Gündəm

Fidan: Türkiyə Ukrayna müharibəsini bitirmək üçün vasitəçi olmağa hazırdır

Türkiyə Ukrayna münaqişəsinin nizamlanmasında vasitəçi qismində çıxış etməyə və ya danışıqlar üçün meydança təqdim etməyə hazırdır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə danışıqlar zamanı bəyan edib.

"Açılış nitqimdə Ukrayna münaqişəsinə toxunmaq istərdim. Bir daha qeyd etmək istəyirəm ki, ölkəmiz, Türkiyə, bu müharibənin başa çatması üçün əlindən gələn hər şeyi etməyə hazırdır — bu, vasitəçilik roluna da aiddir: ola bilsin, özü vasitəçi olsun və ya vasitəçilik rolu üçün meydança təmin etsin", — deyə o bildirib.

"Çünki bu qeyri-sabitlik, bu eskalasiya müharibənin daha da böyüməsinə səbəb ola bilər, ona görə də onun dayandırılması üçün mümkün olan hər şeyi etmək lazımdır", — deyə türkiyəli nazir əlavə edib.

Məryəm Quliyeva