Rasim İldırımzadə, Zaur Mirzəzadə və Qoşqar Məmmədov məhkəmə zalında həbs olunub
Hakan Fidan: Azərbaycan-Ermənistan sülh prosesində irəliləyişdən məmnunuq
Milli Məclisin komitələrində ictimai dinləmə və müzakirə EHİS üzərindən təşkil edilə biləcək
Şəhidlərimizin övladları üçün 5-ci "YAŞAT" düşərgəsi başlayıb
14:58
658
Son illərdə həyata keçirilən ardıcıl islahatlar investisiya mühafizəsini gücləndirib, prosedurları sadələşdirib, dövlət dəstəyinə çıxışı genişləndirib və dövlət-özəl tərəfdaşlıqlarını təşviq edib.
"APA-Economics" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən İslam İnkişaf Bankının İllik Toplantıları çərçivəsində "Azərbaycan İnvestisiya Perspektivləri Forumu"nda bildirib.
Onun sözlərinə görə, xüsusilə güclü KOB (kiçik və orta biznes) sektoruna, maliyyəyə çıxışa, ixracyönümlü inkişafa və sənaye infrastrukturuna diqqət yetirilib:
"Hazırkı tədbirlər qeyri-neft ixracını logistika və nəqliyyat xərclərinin dəstəklənməsi, yerli məhsulların rəqabət qabiliyyətinin artırılması və yeni ixrac bazarlarına çıxışın asanlaşdırılması yolu ilə dəstəkləyir. Bunlar daha səmərəli kredit zəmanəti və faiz subsidiyası mexanizmləri ilə tamamlanır və nəticədə istehsal, logistika, kənd təsərrüfatı, xidmətlər, bərpa olunan enerji və rəqəmsal texnologiyalar investorlar üçün daha cəlbedici olur".
"Biz inanırıq ki, investorlar bu gün təkcə imkanlar deyil, həm də layihələrin sürətli və effektiv şəkildə həyata keçirilə biləcəyi platformalara ehtiyac duyurlar. Bu baxımdan Azərbaycan öz təbii coğrafi üstünlüyündən, inkişaf etmiş əlaqəlilik imkanlarından və qonşuları ilə açıq ticarət münasibətlərindən maksimum istifadə etməyə çalışır" - deyə nazir qeyd edib.
14:59
588
14:54
630
14:53
574