Rasim İldırımzadə, Zaur Mirzəzadə və Qoşqar Məmmədov məhkəmə zalında həbs olunub
Hakan Fidan: Azərbaycan-Ermənistan sülh prosesində irəliləyişdən məmnunuq
Milli Məclisin komitələrində ictimai dinləmə və müzakirə EHİS üzərindən təşkil edilə biləcək
Şəhidlərimizin övladları üçün 5-ci "YAŞAT" düşərgəsi başlayıb
14:53
581
Azərbaycanın investisiya perspektivi üç strateji üstünlük üzərində formalaşır: əlaqəlilik (connectivity), yaşıl enerji və rəqəmsal hazırlıq.
"APA-Economics" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən İslam İnkişaf Bankının İllik Toplantıları çərçivəsində "Azərbaycan İnvestisiya Perspektivləri Forumu"nda bildirib.
"Beynəlxalq nəqliyyat dəhlizlərinin əsas mərkəzlərindən biri kimi Azərbaycan xüsusilə Orta Dəhliz boyunca Şərq-Qərb bağlantısında rolunu gücləndirib və Xəzər dənizinin o tayında yerləşən Mərkəzi Asiya ölkələri üçün təbii çıxış nöqtəsi kimi çıxış edir. Bu proses müasir nəqliyyat, logistika və multimodal infrastruktur yatırımları ilə dəstəklənir. Bu gündəmin mühüm elementlərindən biri beynəlxalq sülh və rifah üçün nəqliyyat marşrutu, yəni Zəngəzur dəhlizidir. Bu layihə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqəni gücləndirəcək və eyni zamanda ölkəmizin Avropa ilə Asiya arasında regional logistika və tranzit mərkəzi rolunu möhkəmləndirəcək" - deyə o qeyd edib.
14:59
581
14:58
658
14:54
623