“Ermənistan başa düşür ki, Azərbaycan Silahlı Qüvvələri qarşısında duruş gətirə bilməyəcək” Dünya
Aklif Nağı: "Onun müttəffiqləri də qeyri-müəyyəndir"
Elxan Şahinoğlu: "Azərbaycan Ordusu öz təzyiqini davam etdirməlidir"
Ermənistanın baş naziri Nikol Paşinyan öz ampulasındadır. Paşinyanın Dağlıq Qarabağa daxili qoşunları yerləşdirməsi İrəvanda da müzakirə olunan məsələdir. Bundan başqa Paşinyan status-kvonu saxlamaq üçün müxtəlif təxribatçı addımlar atır ki, bu da danışıqlar prosesini dalana dirəyir. Bütün bunlar isə hərb variantını daha da aktuallaşdırır.
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib ki, ümumiyyətlə indiki vəziyyətdə Ermənistanın baş naziri Nikol Paşinyan daha çox "status-kvo"nu qoruyub saxlamaqda maraqlıdır və buna çalışır: " O müxtəlif vasitələrdən istifadə edir. Çünki Ermənistanın müharibə etməyə imkanı yoxdur. Aprel döyüşləri, Naxçıvandakı hərbi əməliyyatlar da bunu göstərdi". Onun sözlərinə görə, Ermənistan tam şəkildə başa düşür ki, Azərbaycan Silahlı Qüvvələri qarşısında duruş gətirə bilməyəcək: "Onun müttəffiqləri də qeyri-müəyyəndir. Paşinyan hələ Rusiya ilə ABŞ arasında var-gəl edir. Ona görə də indiki vəziyyət qətiyyən Ermənistanın maraqlarına cavab vermir. Təsadüfi deyil ki, ötən gün İrəvanda ermənilərin "Qarabağ" mövzusunda keçirdiyi konfransda bir sıra ekspertlər xüsusi olaraq vurğulayıblar ki, hazırkı vəziyyətdə hərbi əməliyyatların başlanması Azərbaycana sərf edir. Hətta belə vurğulayırlar ki, müharibənin başlanması üçün indiki qədər Azərbaycan üçün sərfəli bir məqam yetişməmişdir. Ekspertlərin fikrincə, hərbi əməliyyatlar başlayarsa, Ermənistan heç bir müqavimət göstərə bilməyəcək. Ona görə də Paşinyan hərbi əməliyyatların başlanmasında maraqlı deyil. Bu mənada Paşinyan Rusiyanın, Amerikanın, Qərbin vasitəsilə Azərbaycanı hərbi əməliyyatlardan çəkindirməyə başlayır. Beləcə o, nə qədər mümkündürsə sülh yolunu davam etdirmək istəyir. Paşinyanın heç danışıqlarda da deməyə hansısa sözü yoxdur".
Politoloq Elxan Şahinoğlu deyib ki, Ermənistandakı rejim Dağlıq Qarabağ münaqişəsi ilə bağlı heç bir addım atmır. Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan eynilə Serj Sarkisyanın siyasətini davam etdirir: "Onlar Naxçıvanda aparılan uğurlu əməliyyatımıza da real bir cavab verə bilmir. Bu da Paşinyana mənfi təsir göstərir. Fikir verin, Paşinyan bir dəfə də olsun Naxçıvan barəsində heç nə söyləməyib. Bu o deməkdir ki, Paşinyan rejimi uğursuzluğa düçar olub və vəziyyətdən çıxış yolları axtarır. Aydındır ki, bu məsələnin çıxış yolu yoxdur. Paşinyan və kim olur-olsun Azərbaycan Ordusu öz təzyiqini davam etdirməlidir. Biz ancaq bu yolla Ermənistan hakimiyyətini güzəştə məcbur edə bilərik".
Politoloq əlavə edib ki, ümumiyyətlə real güc olmayana qədər Ermənistanda heç bir hakimiyyət Qarabağla bağlı heç bir addım atmayacaq: "Azərbaycan və Ermənistan prezidentlərinin görüşü isə nəzərdə tutulmayıb. İlin sonuna qədər Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşə bilər. İkincisi, hələ Ermənistanda erkən parlament seçkiləri keçirilməlidir".
Politoloq İlqar Vəlizadə bildirib ki, Ermənistan son vaxtlar ciddi məğlubiyyətlərlə rastlaşıb: "Azərbaycan ordusunun Naxçıvanda mövqelərinin möhkəmləndirilməsi, Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi ilə bağlı keçirilən hərbi parad, bunun fonunda düşmən ordusunda zəifliyin aşkarlanması, Ermənistan ordusunun şəxsi heyətinin kifayət qədər olmaması, ilə bağlı daxili qoşunların sərhəddə yerləşdirilməsi və digər baş verənlər Ermənistanın hərbi sahədə Azərbaycana xeyli uduzduğunu göstərir".
Politoloq bildirib ki, düşmən ölkə uduzduğunu informasiya müharibəsi ilə kompensasiya etməyə çalışır: " Bildiyiniz kimi Ermənistan cəbhə xəttində baş verənlərlə kifayətlənməyərək, informasiya müharibəsi ilə nəyəsə nail olmağa çalışır. Bütün resursları buna səfərbər edirlər. Bunun nəticəsində Ermənistan hakimiyyəti yalanlarla dolu bəyanatlar verməklə, daxili auditoriyanın fikirlərini yayındırmağa çalışır".
Onun sözlərinə görə, Ermənistan cəmiyyətini daha çox daxili problemlər narahat etdiyindən, cəbhə xəttində baş verənlər onları maraqlandırmır: "Düşmən ölkədə korrupsiya faktları ilə bağlı mübahisələr, illərlə pərdə arxasında olan problemlərin üzə çıxması cəmiyyəti daha çox maraqlandırdığına görə, cəbhədə edən proseslərə ciddi əhəmiyyət verilmir".
İ.Vəlizadə qeyd edib ki, Ermənistanda cəmiyyətin diqqətini cəbhədə gedən proseslərə yönəltmək üçün təmas xəttində fəallıq nümayiş etdirmək lazımdır: "Bildiyiniz kimi Naxçıvanda keçirilən əməliyyatdan sonra düşmən ölkə cəmiyyəti öz diqqətini bu məsələyə yönəltməyə məcbur oldu. Bundan sonra Paşinyan xalqı sakitləşdirmək üçün yalan dolu çıxışlara əl atmağa başladı".
Hazırda Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar danışıqlar prosesində durğunluğun müşahidə olunduğunu deyən politoloq söyləyib ki, buna səbəb Ermənistan tərəfinin məsələnin həllində qeyri-ciddi tələblərlə çıxış etməsidir. Düşmə ölkə Rusiyanın təkidi ilə tələbələrində müəyyən korrektələr etmək məcburiyyətindədir. Amma yenə də Rusiya tərəfi onların mövqeyi ilə tam razı deyil. Çünki, düşmən ölkə bütün hallarda danışıqlar prosesində qeyri-real elementlərin saxlanmasında maraqlıdırlar. Paşinyan 2016-cı ilə aprel döyüşləri zamanı itirilən mövqelərin geri qaytarılması ilə bağlı çağırışlar edib. Ona görə də Paşinyan fikrini dəyişdiyi halda, cəmiyyətin təzyiqi ilə üz-üzə gəlməmək üçün məsələnin həllini uzatmaqla vaxt qazanmağa çalışır. Lakin bu yanaşma nə Azərbaycanı, nə də Rusiyanı qane etmir. Çünki, Rusiya danışıqlar prosesini bərpa etmək istəsə də, Ermənistanın yanaşması buna mane olur". İ. Vəlizadə əlavə edib ki, hazırda problemin həllinə əlaqədar qeyri-müəmmalı vəziyyət bir müddət davam edəcək: "Paşinyan danışıqlar prosesində boyun qaçıraraq, bura başqa fiqur əlavə etməyə çalışır. Amma Ermənistan daxilində baş fiqur yoxdur. Yalnız prezident şərti olaraq bu prosesdə iştirak edə bilər. Nə qədər ki, Ermənistan daxilində qeyri-müəyyən vəziyyət davam edəcək danışıqlar prosesi ətrafında real irəliləyiş gözləmək çox çətindir. Bütün hallarda cari ilin avqust ayının sonunadək məsələnin həlli ilə əlaqədar heç bir dəyişiklik gözlənilmir".
Əli