Çirkli pulların London bazarı Dünya

Çirkli pulların London bazarı

ABŞ-ın sabiq prezidenti Cimmi Karterin müşaviri, məşhur geostrategiyaçı ekspert Zbiqnev Bzejinski maraqlı açıqlamalarla çıxış edib: "Təyyarəni vuran şəxslər Beynəlxalq Cinayət Məhkəməsi qarşısında dayanmalı, onların himəyəçisi isə qurbanlara görə hesab verməlidir". Bzejinski bəyan edib ki, bu məsələdə ilk növbədə Rusiya prezidentinin məsuliyyətini nəzərdə tutur: "Təyyarənin onun başkəsənləri tərəfindən və onun verdiyi silahla vurulduğunu, bu addımın həyata keçirmək istədiyi planlardan kənara çıxdığını, bu cinayət əməlini törədənlərin beynəlxalq tribunala veriləcəyəyini deməyə Putinin hələ ki, imkanı var".
Avropanın Rusiya qazından və kapitalından asılılığı ilə bağlı vəziyyəti şərh edən Bzejinski bildirib ki, Avropa liderləri ayrı-ayrılıqda öz missiyalarını anlamağa başlayıblar: "Baş nazir Devid Kemeron anlamalıdır ki, London Rusiyanın çirkli maliyyə əməliyyatlarının gerçəkləşdirildiyi Las Veqasa çevrilib".
Qeyd edək ki, bundan 1 ay öncə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsnquliyev bildirmişdi ki, Rusiyanın bütün oliqarxlarının çirkli pulları Londona axır, Britaniya hökuməti çox böyük məmuniyyətlə o pulları qəbul edir və o pulların mənbəyi ilə bağlı heç bir araşdırma aparmır".
Analitik Əli İsgəndərov diqqətə çatdırdı ki, son illər Avropa iqtisadiyyatında obyektiv və subyektiv səbəblərdən yaşanan krizis Rusiya, Çin, ərəb və digər kapitalların axınına olan həvəs və istəyi artırıb. Onun sözlərinə görə, bu pullar leqal qazanılıb ya yox, belə hallarda ikinci, hətta beşinci dərəcəli ilgili sual olur: "Qeyri qanuni yollarla əldə edilmiş pullar "təmizlənmək " istəyi ilə həmişə qarşılıqlı güzəşt əsasında yatırım məkanları axtarışında olur. Belə ki, qanuna zidd yollarla əldə edilmiş kapital sahibi bunu leqallaşdırmaq üçün investisiya məkanına bir sıra güzəştlər edir ki, o da bu subyektə ənənəvi investisiyalardan nisbətən daha çox gəlir gətirir. Mövzuya qayıdaq. Nədən məhz rus çirkli kapitalı İngiltərəni seçdi və İngiltərə də nisbətən rus sərmayəçilərinə üstünlük verdi?". O, həmçinin əlavə etdi ki, İngəltərə Avropa Gömrük İttifaqına daxil olmadığından, pul vahidini avro ilə əvəzləmədiyindən vahid Avropaya nisbətdə böhranın az təsir etdiyi və itki riskləri ehtimallarının az olduğu olkədir: "Həm də İngiltərənin liberal iqtisadiyyatı və liberal iqtisadi qanunlar stabil ölkələr arasında bu dövləti cəlbedici edir. Sualımızın ikinci tərəfi. Nədən rus kapitalına üstünlük verildi? Krallıqda xarici investorlar arasında ərəblərə çox rast gəlinir. Ərəb, hindli kapitalı əslində bu ölkəyə bir sıra problemlər də gətirib.
1.Şərqli mühafizəkar ruhu iş verənə öz qəbilədaşını işlə təmin etməyi təlqin edir. Həm də mühacirlərin ucuz işçi qüvvəsində çıxışı yerli əhalinini iş yerləri əldə etmə imkanlarını azaldır.
2. Demoqrafik, sosial-psixoloji və mənəvi amil. Kapitalla yanaşı işçi qüvvəsinin də gəlişi ölkənin demoqrafik və sosial mədəni həyatına fərqli rəng qatır və mənfi təsirlər yaradır.
3. Ucuz işçi əmək gəlirindən olan vergiləri azaldır ki, bu da büdcəyə təsir edir.
4.Bütün bunlar yerli əhalidə neqativ reaksiyalar yaradır. Psixoloji, mənəvi problemlərə səbəb olur. Sonluqda dövlət-vətəndaş böhranı yaranır. Rus sərmayəçiləri isə özləri ilə işçi ordusu gətirmir. Ərəb, ingilis və çinlilər kimi mədəni, yaşam tərzinə görə kəskin fərqli deyillər. Kapital yatırımına edilən sərmayə İngiltərə sənayesinə Rusiya xammal bazarına daha asan girməsinə yardım edir ki, bu da olduqca səmərəli faktordu. Bütün bunların müqabilidir ki, Ukrayna hadisələrində London ABŞ-ın yanında tam yer almadı. Yalnız sözdə, o da, yarım kəsərli, yarım kəsərsiz".
İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Altay diqqətə çatdırdı ki, bu gün Rusiya-Qərb kəskin qarşıdurmasına rəğmən Rusiyanın hərbi inkişafının səbəbkarı əsllində məhz Qərb olub. O, həmçinin əlavə etdi ki, Avropa maddi-maliyyə maraqlarına uyaraq, illərlə əsas düşməni olan Rusiyanın iqtisadi və hərbi cəhətdən möhkəmlənməsinin təminatçısına çevrilib: "Ucuz Rusiya neft-qaz alışı hesabına illərlə Moskva büdcəsinə milyardlar ötürüb. Sərfəli iqtisadi mənfəət güdərək hətta Rusiyaya strateji hərbi istehsal avadanlıqları satıb. Avropada Rusiyadan mənfəət götürmək uğrunda sanki bir yarış gedib. Əslində isə dağılmış SSRİ-nin xarabalıqları üzərində sürünən Rusiyanı dirçəldiblər. İngiltərə də öz növbəsində bu yarışda geri qalmayaraq Rusiyaya öz birja və maliyyə mərkəzlərində fəaliyyət üçün imkanlar açıb. Bu gün artıq başa düşüblər ki, bu siyasət səhv olub. Uzun illər böyük zəhmət və itgilər hesabına SSRİ imperiyası ilə apardıqları soyuq müharibə qələbəsindən lazımınca bəhrələnə bilməyib şansı qaçırıblar. Rusiya Federasiyası timsalında yeni bir SSRİ-nin yaranmasına şərait yaradıblar".

Əli