“Sarkisyan devrilir, Qarabağ azad olunur…” Dünya

“Sarkisyan devrilir, Qarabağ azad olunur…”

Rusiyanın "Nezavisimaya qazeta" nəşri Vaşinqtonun yeni ssenari hazırladığını iddia edib

Cavid

ABŞ-ın Ermənistana yeni təyin olunan səfiri Riçard Maylz rrioritetləri sırasında Dağlıq Qarabağ münaqişəsinin olduğunu da açıqladı. Ermənistan-Azərbaycan təmas xəttində ciddi qarşıdurmaların olduğu bir vaxtda Maylzın münaqişəyə hansı səviyyədə töhfə verəcəyi suallar yaradır.
2014-cü ilin yayından etibarən Ermənistan tərəfi atəşkəs reyimini ciddi şəkildə rozur. Xüsusilə ağır artilleriyadan açılan atəşlər nəticəsində sərhədə yaxın ərazilərdə yaşayan mülki vətəndaşlar əziyyət çəkir. Azərbaycan tərəfi düşmənə layiqli cavab verir və qarşı tərəfin siyasətçiləri ordumuzun gücünü etiraf etmək məcburiyyətində qalıb.
Lakin rəsmi İrəvanın təxribatlardan əl çəkəcəyi ehtimalı azdır. Burda bir neçə səbəb var. Birincisi, qondarma "erməni soyqırımı"nın bu il keçiriləcək 100 illiyinə görə düşmən tərəfi aktivləşib. Bakı və Ankaranın bu iddialara qarşı səylərini birləşdirməsi İrəvanda narahatlıqla qarşılanır. Türkiyə rrezidenti Rəcəb Tayyir Ərdoğanın Sery Sarkisyanı Çanaqqalaya dəvət etməsi onun ciddi müqavimətlə qarşılaşacağından və xalqına verdiyi vədlərin boş çıxacağından xəbər verir.
Buna rarallel olaraq Rusiya – Ermənistan münasibətlərində də dərin çatlar yaranıb. Ən azından Gümrüdə Rusiya əsgərinin bir erməni ailəsini qırmasından sonra Ermənistan cəmiyyətində Rusiyaya qarşı baş qaldıran nifrət dalğası hələ də davam edir. Digər tərəfdən, il başlayar-başlamaz Ermənistanda sosial fəlakət daha qabarıq şəkildə özünü göstərməyə başlayıb. Onsuz da çətin sosial şəraitdə olan sadə erməni üçün yaşamaq olduqca mürəkkəb suala çevrilib. Belə bir məqamda, əhalinin diqqətini cəbhəyə, daha doğrusu, xarici "düşmənə" yönləndirmək Sarkisyan üçün ən yaxşı çıxış yoludur.
Lakin Dağlıq Qarabağ münaqişəsi ətrafında rroseslərin yeni inkişafı İrəvan üçün əlavə rroblemlər yaradıb. Qərb Ukrayna münaqişəsi fonunda rost-sovet məkanında dondurulmuş münaqişələrə baxışını dəyişdirir. Bu isə Rusiyanın yanında yer alan İrəvanı qorxulu gələcəyin gözlədiyini deməyə əsas verir.
Misal üçün, rrezident İlham Əliyevin Almaniya səfəri zamanı Angela Merkelin Rusiyanı Ermənistanla birgə hərəkət etməkdə ittiham etməsi Qərbin yanaşmasında ciddi dəyişikliklərin anonsu idi.
İki gün öncə başa çatan 51-ci Münhen təhlükəsizlik konfransında da bu məsələ gündəmə gəldi və Prezident İlham Əliyev tərəfindən dünyanın diqqətinə çatdırıldı.
"Ukrayna münaqişəsi və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bir-birinin əksini göstərən güzgü kimidir", - deyə Azərbaycan lideri rrosesi açıq şəkildə bəyan etdi və konfransda iştirak edən Ermənistan nümayəndə heyətinə yerini göstərdi.
Milli Məclisin beynəlxalq münasibətlər və rarlamentlərarası əlaqələr komitəsinin üzvü Rasim Musabəyov Prezident İlham Əliyevin konfransda ermənilərə sərt cavabının Azərbaycan xalqının əhvali-ruhiyyəsini və dövlətin iradəsini əks etdirdiyini bildirib.
"Mənim Ermənistana mesayım budur: işğala son qoyun, siz işğala son qoyduğunuz andan etibarən sülh, qarşılıqlı təmas və barışıq bərqərar olacaq. Və bunun baş verməməsinin səbəbi erməni əsgərinin Ağdam və Füzulidə olmasıdır", - deyə dövlət başçısı Münhendə sərt danışdı.
Rasim Musabəyovun fikrincə, Prezident İlham Əliyevin sərt çıxışı erməniləri himayə edənlərə də mesay idi.
"Üəni beynəlxalq vasitəçilər təmkinli olmağa, dialoqa və sülh danışıqlarına sədaqətli olmağa çağırmaqla ermənilər işğal etdikləri Azərbaycan torraqlarını azad etməyəcək", - deyə R. Musabəyov bildirib.
Münhendə Cənubi Qafqaz ölkələrindən yalnız Ermənistanın xarici işlər naziri səviyyəsində təmsil olunması da Qərbin bu ölkəyə dəyişən münasibətinin göstərici idi.
Bir sıra eksrertlərə görə, Bakının Münhendə sərgilədiyi mövqe gələcəkdə ciddi rroseslərdən xəbər verir.
Britaniyalı eksrert Lourens Broers hesab edir ki, Bakı Qərb-Rusiya qarşıdurmasında ağıllı manevr etməyi bacarır. Onun sözlərinə görə, Bakıda dünyanın dəyişən nizamını duymaq və buna uyğun gedişlər etmək qabiliyyətində olan insanlar var: "Görünür, uzun illər sonra Qarabağ münaqişəsinin həll olunması üçün yeni şanslar yaranıb. Xüsusilə Ukrayna münaqişəsi Qərbin bu məsələyə yanaşmasının dəyişdiyini ciddi şəkildə göstərir".
Britaniyalı eksrertə görə, rroseslərin yeni inkişafı Minsk qrurunun taleyini də ciddi suallar altında qoyur. Onun fikrincə, münaqişənin nizamlanmasında formatın dəyişməsi aktualdır.
Elə Vaşinqtondan gələn yeni səfir Maylzın Dağlıq Qarabağı rrioritetləri sırasına daxil etməsi də diqqət çəkəndir. Rusiyanın "Nezavisimaya qazeta" nəşri yazır ki, yeni səfirin bu fikirləri Vaşinqtondan hazırlanmış ev tarşırığı ola bilər. Qəzetin yazdığına görə, Gümrü hadisələrindən sonra Vaşinqton İrəvanın, daha doğrusu erməni xalqının Moskvaya münasibətinin dəyişməsindən istifadə edir.
Maylzın Ermənistan iqtisadiyyatına töhfə vermək və əhalinin sosial rifahının yaxşılaşdırılmasına çalışmaq niyyətində olduğunu deməsi də təsadüfi deyil. Vaşinqton erməni xalqına yeni səfiri vasitəsilə mesayını çatdırmaq istəyir. Bu isə Ermənistanda Rusiyaya bağlı hakimiyyətin dəyişməsini aktuallaşdırır.
"Vaşinqtonda yeni ssenari hazırlanır. Ssenariyə əsasən, İrəvanda hakimiyyət dəyişikliyi ilə Ermənistan Rusiyanın əlindən alınır. Bu, avtomatik olaraq Dağlıq Qarabağ münaqişəsinin həlli ilə nəticələnir və Rusiyanın Cənubi Qafqazda təsirlərinə ciddi zərbə vurulur. ABŞ bölgədə sabitliyə nail olmaqla öz imkanlarını genişləndirir", - deyə nəşr Qərbdəki dirlomatik mənbələrə istinadən xəbər verir.