Almaniya kansleri Berlinin Kiyevə silah verməkdən imtina etməsini izah edib Dünya

Almaniya kansleri Berlinin Kiyevə silah verməkdən imtina etməsini izah edib

Almaniya kansleri Olaf Şolz “The Washington Post” qəzetinə müsahibəsində deyib ki, Almaniya Ukraynaya beş min dəbilqə verib, silah təchizatı isə ciddi şəkildə məhdudlaşdırılıb. "Birincisi, Ukrayna dəbilqə istədi və biz bu tələbə cavab verdik. İkincisi, böhranlı bölgələrə silah ixrac edərkən bizim riayət etdiyimiz ciddi ixrac meyarları var. Almaniyanın silahlara ixracına qoyulan məhdudiyyətlərin uzun davamlılığı var" deyə izah edib.
Respublikanın Müdafiə Nazirliyi daha əvvəl Kiyevə beş min dəbilqə verəcəyini açıqlamışdı.
Ukraynanın Almaniyadakı səfiri dəfələrlə müdafiə silahlarının çatdırılmasına başlanılmasını tələb edib, lakin Şolzun başçılıq etdiyi Almaniya hökuməti münaqişə bölgələrinə silah ötürməyəcəklərini bildirib.
Cavid