Ali təhsil müəssisələrinə qəbul imtahanı keçirildi - YENİLƏNDİ
UKMTO: Yəmən sahilləri yaxınlığında silahlı qrup gəmiyə hücum edib
İsrail ilk dəfə BƏƏ-də "Dəmir Günbəz" sistemləri yerləşdirdiyini etiraf etdi
Dünya çempionatı zamanı ABŞ-da 600-dən çox dron müsadirə edilib
Liberman: 10 gündən sonra İsrail ordusunun döyüş sursatı tükənəcək
3 Avqust 2020 11:56
3 878
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən 1240,0 milyon manat məbləğində dövlət büdcəsinə dürüstləşdirilmiş vergi öhdəlikləri 2020-ci ilin təsdiq edilmiş proqnozundan 210,0 milyon manat və ya 14,5% azdır.
“APA-Economics” bu barədə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasınını Qanun layihəsinə istinadən xəbər verir.
Bildirilir ki, azalmanın səbəbi xam neftin ixrac qiymətinin təsdiq edilmiş dövlət büdcəsi üçün nəzərdə tutulduğu qiymətdən 20,0 ABŞ dolları az götürülməsi, OPEK+ sazişi üzrə hasilat həcmlərinin azalması, habelə koronavirus (COVİD19) pandemiyası ilə əlaqədar ölkə daxilində neft məhsullarına tələbatın azalması ilə bağlıdır.
Hasilatın Pay Bölgüsü sazişlərindən mənfəət vergisi cari ilin 6 ayı üzrə daxilolmalar da nəzərə alınmaqla 550,0 milyon manat proqnozlaşdırılır ki, bu da təsdiq edilmiş proqnozdan 180,0 milyon manat və ya 24,7% azdır. Azalmanın səbəbi xam neftin ixrac qiymətinin təsdiq edilmiş göstəricilərdən 20 ABŞ dolları az götürülməsi və OPEK+ sazişi üzrə hasilat həcmlərinin azalması ilə əlaqədardır.
Qeyd edək ki, dürüstləşdirilmiş dövlət büdcəsinin gəlirləri təsdiq olunmuş göstəriciyə nisbətən 10,5 milyon manat azalaraq 24 124,0 milyon manat, dövlət büdcəsinin xərcləri 597,5 milyon manat artırılaraq 27 492,2 milyon manat, dövlət büdcəsinin kəsiri isə 608,0 milyon manat artırılaraq 3 368,2 milyon manat təşkil edəcək.
4 İyul 14:58
1 554
4 İyul 13:33
1 498
4 İyul 09:20
2 058
Niyaməddin Orduxanlının rəhbərlik etdiyi QHT Əmircan bələdiyyəsində görüş keçirib
Niyaməddin Orduxanlının rəhbərlik etdiyi QHT Əmircan bələdiyyəsində görüş keçirib