Sankt-Peterburqda neft terminalına hücum edilib Gündəm

Sankt-Peterburqda neft terminalına hücum edilib

Sankt-Peterburqun Kirov rayonundakı neft terminalının ərazisi PUA hücumuna məruz qalıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə şəhərin qubernatoru Aleksandr Beglov "X" sosial şəbəkəsində məlumat verib.

Hava hücumundan müdafiə qüvvələri düşmən PUA-larının Sankt-Peterburqa hücumunun qarşısını alıb. "Texnogen nəticələr aradan qaldırılıb. Xəsarət alan yoxdur", — deyə məlumatda bildirilir.

Məryəm Quliyeva