Tramp 11 nəfəri əfv edib
14:49
14:45
1 036
NATO-ya məxsus "Bombardier Challenger 650 Artemis II" tipli kəşfiyyat və hədəf təyini təyyarəsi yenidən Qara dəniz üzərində uçuşlar həyata keçirir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə TASS agentliyinə Avropa İttifaqının aviadispetçer xidmətlərindəki mənbə məlumat verib.
"Təyyarə Rumıniyanın Konstansa şəhərindəki baza aerodromundan havaya qalxıb və hazırda Qara dənizin neytral suları üzərində, akvatoriyanın qərbindən şərqinə və geriyə doğru uçuşlar edir, lakin bu zaman hər hansı bir ölkənin hava məkanına daxil olmur", — deyə agentliyin həmsöhbəti bildirib.
Mənbə qeyd edib ki, bu təyyarə, bir qayda olaraq, yalnız iş günləri uçur və onun istirahət günlərində uçuş həyata keçirməsi nadir hallardan biridir. "Lakin bu yay artıq ikinci dəfədir ki, onun uçuşu məhz istirahət gününə təsadüf edir, ötən dəfə iyun ayında bu, bazar günü baş vermişdi", — deyə mənbə xatırladıb. Hazırda təyyarə təxminən 11,5 km yüksəklikdə, mülki təyyarələrin uçduğu marşrutlardan kənarda fəaliyyət göstərir.
Mənbə həmçinin xatırladıb ki, "Bombardier Challenger 650 Artemis II" iyunun əvvəlindən bəri Qara dəniz üzərində artıq bir neçə dəfə qeydə alınıb. Bundan əlavə, həmin təyyarə Kalininqrad vilayətinin yaxınlığında, Litva və Polşanın hava məkanı, eləcə də Baltik dənizinin neytral suları vasitəsilə onun ətrafında dövrə vuraraq uçuşlar həyata keçirib.
Məryəm Quliyeva