“Hər bir problemlə bağlı millətimizin yanındayıq” Müsahibə

“Hər bir problemlə bağlı millətimizin yanındayıq”

Əli Babayev: "Dilimizin, mədəniyyətimizin qorunub saxlanılması, təbliğ olunması baxımından böyük önəm"Gürcüstan azərbaycanlıları" qəzeti maliyyə çatışmazlığı səbəbindən fəaliyyətini dayandırıb"

Gürcüstan azərbaycanlılarınını problemlərinin həlli aktual olaraq qalır. Hələ də soydaşlarımızın torpaq, təhsil və digər sahələrdə problemləri var. Müəyyən vaxtlarda soydaşlarımız bu istiqamətdə çağırışlar etsələr də ciddi addımların atılmasına ehtiyac duyulur. Bu və digər məsələlərə bağlı BayMediaya müsahibəsində Gürcüstan Azərbaycanlılarının Milli Konqresinin sərdi Əli Babayev aydınlıq gətirdi

- 2012-ci il oktyabrın 1-də Gürcüstan xalqı yeni prezident seçdi. Hakimiyyətə İvanaşvilinin rəhbərliyi ilə yeni və gənc qüvvə gəldi. Gürcüstanın ilk müstəqillik illərində bir neçə hakimiyyət dəyişdi. Onların heç biri Gürcüstanın stabil şəkildə inkişafını təmin edə bilmədi. Ona görə də bu hakimiyyətlər tez-tez bir birini əvəz elədi. Xüsusən Şverdnadzenin dövrü çox çətin oldu. Bu baxımdan Saakaşvilinin hakimiyyətə gəlişi Gürcüstan ictimaiyyətində sevindirici hal idi. Saakaşvili hakimiyyətiniin ilk il yarımı dövründə xalqda azacıq ümid yarandı. Amma 2 ildən sonra Saakaşvili hakimiyyətində yuxarı səviyyədə təmsil olunanlar korrupsiyaya qurşandılar. İnsanların hüquqlarını tapdanması, iş adamlarının hədələnməsi, haqsız yerə həbsi adi hal aldı, investorlar ölkədən qaçmağa məcbur oldular. İnsanların da sosial iqtisadi vəziyyəti günü gündən pisləşməyə başladı. Əhali borc içində itib batdı, banklardan götürülən kreditləri qaytara bilmədilər. Azərbaycanlılar yaşayan ərazilərdə xalqa məxsus torpaqları zorla əhalinin əlindən alıb xaricilərə satdılar. Məlum 7 noyabr mitiniqi Saakaşvili hakimiyyəti tərəfindən vəhşicəsinə yatırılandan sonra bir neçə əhəmiyyətli mitinq təşkil olundu ki, onlarda bir azərbaycanlı kimi mən, aktiv iştirak edirdim. 2011-ci ilin noyabrından etibarən İvanaşviliyə dəstək verdik və 2012-ci ilin oktyabrında parlamentdə səs çoxluğu qazanıldı. Gürcüstan xalqının tələbi qayda qanunun bərqərar olması idi. Saakaşvilini dövründə qəbul olunan bir çox qanunlarda çatışmazlıqlar, boşluqlar var ki, onlara dəyişikliklər olunmaldır. Saakaşvili də ölkədən qaçıb, onun barəsində cinayət işi qaldırılıb. Onun hakimiyyətində təmsil olunan və insan hüquqlarını tapdayan məmurların əksəriyyəti həbs olunub.

- İndiki hakimiyyət köhnədən qalan problemlərin həlli ilə bağlı hanbsı addımlar atıb?

- "Gürcü Arzusu" Koalisiyası hakimiyyətə gələndən sonra bir sıra sahələrdə inkişaf var. Kənd təsərrüfatı sahəsində əhaliyə, fermerlərə böyük imkanlar yaradıldı. İvanaşvili söz vermişdi ki, əhaliyə məxsus olan torpaqlar geri qaytarılacaq. Düzdür bu proses hələ davam etmir, amma xaricilərə torpaq satma prosesinin qarşısı alınıb. Təhsil sahəsində böyük addımlar atıldı. Tələbələrə pulsuz kitablar paylanır, tələbələr pulsuz təhsil ala bilirlər, səhiyyə sahəsində ciddi islahatlar aparılıb. Əməliyyat xərclərinin 70 faizi hökumət tərəfindən ödənilir.

- Hazırda sizi narahat edən əsas problemlər nədən ibartədir?

- Çatışmayan cəhətlərdən biri kadrarla bağlıdır. Bu məsələdə də mən, indikli hökuməti günahkar saymıram. Çünki bu hökumət Avropaya, NATO-ya inteqrasiya kursu götürüb. Saakaşvili hakimiyyətə gələndə bütün idarələrdə çalışanları bir nəfərə kimi vəzifədən uzaqlaşdırdı. İndi xalqa maneçilik törədənlər də Saakaşvilinin hakimiyətindən qalan kadrlardır. Bu qüvvələr ictimaiyyətdə qeyri stabillik yaratmqda maraqlıdırlar. İndi də dini zəmində qarşıdurma yaratmaqda maraqlıdırlar.

- Buna hansı formada cəhdlər olunur?

- Gürcüstan müsəlmanları İdarəsini Qafqaz Müsəlmanları İdarəsinin tabeliyindən ayırdılar və dini parçalanmaya məruz qoydular. Burada Saakaşvilinin ətrafında olan azərbaycanlılar da rol oynadılar. Bu proseslər ciddi xarakter almağa başladı. Məzhəblərarası parçalanma başlandı. Proses indi də davam edir. Dini idarəyə böyük səlahiyyətlər verilib və tapşırıq qoyulub ki, Gürcüstanda yaşayan müsəlmanlar birləşsinlər, parçalanma aradan qaldırılsın. Hökumət tərəfindən buna hərtərəfli yardım olunur. Gürcüstan Müsəlmanları İdarəsinə 1 milyon lari maliyyə ayrılır.
Əsrlər boyu xristinlarla müsəlmanlar Gürcüstanda bərabər yaşadılar və heç bir problem olmadı. Bəs necə oldu ki, məhz Saakaşvili hakimiyyəti dönəmində belə problemlər meydana çıxdı? Son dövrlərədək Gürcüstanda 2-3 məscid qeydiyyatdan keçmişdi. Kəndlərdə isə ümumiyyətlə qeydiyyatdan keçməmişdi. Amma indi hökumət məscidlərin qeydiyyatına imkan yaradır. Əlbəttə ki, buna da mane olan qvvələr var. Mən, Gürcüstan Azərbaycanlılarının Milli Konqresinin sədri kimi Gürcüstan müsəlmanlarına müraciət edirəm ki, bu məsələlərə səbrlə yanaşsınlar. Çünki bu, sabah dini münaqişəyə səbəb ola bilər, dünyada baş verən arzuolunmaz hallar Gürcüstana da transfer oluna bilər.
Gürcüstan inkişaf etmək, qonşu ölkələrlə normal münasibət saxlamaq istəyir. Sabitlik olmasa inkişaf mümkün olmayacaq. Bünün üçün isə milliyyətindən, dinindən asılı omadan bütün bətəbdaşlara bərabər imkanklar yaradılmalıdır. Saakaşvili dönəmində rəhbər vəzifələrə bir nəfər olsun belə azərbaycanlı qoymadılar...

- Dediniz ki, köhnə hakimiyyətdə problemlər var idi, azərbaycanlılar vəzifələrə təyin olunmurdu. İndi necədir vəziyyət?

- Açığı həmişə bizim böyük problemlərimiz olub. Bu problemlər illər boyu artıb, azalmayıb. Bunlardan biri torpaqla bağlıdır. Əhalinin 60-70 faizi torpaqsızdır. Torpaqları xalqımıza icarəyə veriblər. Elə soydaşlarımız var ki, övladlarına ev tikmək üçün torpağı yoxdur. İkinci problemimiz təhsillə bağlıdır. Öz dilimizi itirdiyimiz kimi, gürcü dilini də öyrənə bilmirik. Buna görə də kadr problemimiz var. Bunun həlli üçün Azərbaycan rəhbərliyinə, Təhsil Nazirliyinə də müraciət etmişik. Lazımdır ki, Gürcüstan azərbaycanlıları gəlib burada təhsil alsın, bu şərtlə ki, sonradan geri qayıdıb öz rayonlarında müəllim kimi çalışsınlar. Azərbaycan dili müəllimləri bizim üçün çox vacibdir. Mədəniyyət sahəsində problemimiz var. Tiflis Azərbaycan Teatrı hazırda çox pis vəziyyətdədir. Bir gürcü rəhbərini vəzifədən azad etdilər, yerinə digər gürcünü qoydular. Amma imkanımlız var ki, həmin teatrın bədii rəhbəri azərbaycanlı olsun. Amma buna nail ola bilmirik. Muzeylərimiz dağılıb. Yeni hökumətdən tələb edəcəyik ki, Botanika bağında Azərbaycan mütəfəkkirlərinin məzarları fəxri xiyaban statusu alsın. Bundan başqa vacib məsələlərdən biri tarixi abidələrimizlə bağlıdır.

- Razı olduğunuz tərələr nədən ibarətdir?

- İrəliyə doğru addımlar atılır. Problemlərin həlli perspektivi var. SOCAR-ın Gürcüstan nümayəndəliyi tərəfindən layihələr həyata keçirilir, su çəkilir, tələbələrin təhsil haqqları ödənir, onlara təqaüd verilir və.s. SOCAR 260 əlilə əlil arabası verib. Gürcüstanda 300-dək Azərbaycan şirkəti var. Hər şirkətdə 5-10 nəfər işləsə bu işsizliyin aradan qaldırlmasında rol oynaya bilər. Ümumilikdə isə Gürcüstan-Azərbaycan münasibətləri inkişaf edir və bundan sonra da davam edəcək. Heç bir qüvvə bu münasibətləri poza bilməz. Amma bəzi qüvvələr buna cəhdlər edirlər. İstənilən halda biz, buna imkan verməyəcəyik. Gürcüstanlı soydaşlarımız Azərbaycan rəhbərliyinə böyük ümidlər bəsləyirlər.

- Təşkilatınızın fəaliyyəti necədir, problemləriniz nədən ibarətdir?

- Gürcüstan Azərbaycanlıları Konqresi 2008-ci ildə yaranıb. Saakaşvili rejimi tərəfindən konqres təzyiqlərə məruz qaldı. Konqres bizim əlimizdən alınmışdı. 2012-ci ildə biz qərar qəbul etdik ki, Gürcüstan Azərbaycanlılarının Milli Konqresini yaradaq. 2012-ci ilə qədər Saakaşvili rejimi dövlət qeydiyyatına alınmağımıza imkan vermirdi. 2012- ci ildə isə qeydiyyata alındıq. O gündən Gürcüstanda azərbaycanlıların hüquqlarını müdafiə edirik. Bu istiqamətdə bizə çoxsaylı müraciətlər olunur. Bayramlar, əlamətdar günlər qeyd olunur. Hər bir problemlə bağlı biz, millətimizin yanındayıq. Əlbəttə, bütün bu proseslərun həyata keçirilməsi üçün maliyyə də mühüm əhəmiyyət kəsb edir. Əvvəllər bizə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi dəstək olurdu. Artıq 4 ildir ki, heç bir maliyyə dəstəyimiz yoxdur və çətin bir şəraitdə fəaliyyət göstəririrk. Sadəcə SOCAR-ın Azərbaycan nümayəndəliyi tərəfindən ofisi saxlamaq üçün maddi köməkliklər edilir. Bu da kifayət deyil. Əvvəllər biz, 2 dildə "Gürcüstan azərbaycanlıları" qəzeti buraxırdıq. Bu dilimizin, mədəniyyətimizin qorunub saxlanılması, təbliğ olunması üçün böyük önəm daşıyıdı. Amma hazırda maliyyə çatışmazlığı səbəbindən "Gürcüstan azərbaycanlıları" qəzeti fəaliyyətini dayandırıb. İstəyərdik ki, qəzetin fəaliyyətini bərpası və digər problemlərin həlli üçün sponsorumuz olsun, bizə bu istiqamətdə dəstək verilsin.

Əli Zülfüqaroğlu