“Konsitusiya və qanunlara zidd qərarlar icra olunmamaldır” Siyasət

“Konsitusiya və qanunlara zidd qərarlar icra olunmamaldır”

Qüdrət Həsənquliyev: "Bu da qanunda öz əksini tapmalıdır"


Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Parlamentin plenar iclasında çıxış edib. Millət vəkili ilk öncə "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" qanun layihəsin ikinci oxunuşda müzakirəsi zamanı fikirlərini bölüşüb: "Birinci oxunuş zamanı biz, bəzi prinsipial məsələlərlə bağlı təkliflər vermişdik. Çox təəssüf ki, ikinci oxunuş üçün bunların heç biri nəzərə alınmayıb. Hətta bizim təkliflərimiz nə qədər konstitusiya ilə əsaslandırılsa da belə, əksər hallarda nəzərə alınmır. Bu yaxınlarda bizim hörmətli rektorlardan biri Kamal Abdulla Rusiya Dövlət Dumasından və quberniyaların seçkili orqanlarının nümayəndələrindən ibarət nümayəndə heyəti dəvət etmişdi. Mən də həmin tədbirdə iştirak edirdim. Orada Dövləd Dumasının üzvü ilə söhbətimiz zamanı bəlli oldu ki, onlar təkcə sonuncu büdcə müzakirəsi zamanı 700-ə qədər təklif veriblər, onların 540-ü nəzərə alınıb. 3 trilyon rublluq büdcənin 1 trilyonu deputatların 540 təklifi əsasında yenidən bölüşdürülüb. Gördüyünüz kimi Avropa ölkələrini nümunə gətirmədim. Bizə uyğun olan qonşumuz Rusiyanı missal gətirdim".
Millət vəkili daha sonra bildirib: "Burada Silahlı Qüvvələrin əsas vəzifələri ilə bağlı 4.1.4-cü maddəsində qeyd olunur: daxili sabitliyin, konstitusiya quruluşunun, ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində iştirak etmək.
Hörmətli Zahid müəllim (Zahid Oruc) qeyd elədi ki, bəzi qüvvələr son zamanlar, qanunun birinci oxunuşundan sonra mətbuatda böyük bir kampaniya başladıblar ki, guya hökumət ölkədə daxili sabitliyi təmin etmək üçün Azərbaycan ordusundan istifadə etməyə hazırlaşır və s. Əlbəttə qanunun 13.3-cü maddəsində qeyd olunur ki, silahlı qüvvələr özünün təyinatına uyğun olmayan vəzifələrin icrasına yalnız Milli Məclisin razılığı ilə cəlb oluna bilər. Bu həm də konstitusion müddəadır. Bu baxımdan heç bir narahatlıq yoxdur. Amma 4.1.4-cü maddədə daxili sabitlik sözünü işlətmək düzgün deyil. Daxili sabitlik ölkədə siyasi gərginlik, küçə yürüşləri, mitinqlər də ola bilər. Onda belə çıxır ki, həmin mitinqlərin, küçə yürüşlərinin qarşısını almaq üçün hökumət ordudan istifadə edə bilər. Yəni bu yolverilməzdir. Burada "daxili sabitlik" sözü əvəzinə, "kütləvi ixtişaşların qarşısının alınması məqsədilə" iafadəsi yazılmalıdır. Hansı ki, orada artıq zorakılıq var. Bəli, zorakılığın qarşısının alınması üçün daxili qoşunların imkanları yetərli olmadıqda Azərbaycan ordusundan da istifadə oluna bilər.
Yenə 4.1.4-cü maddədə qeyd olunur ki, konstitusiya quruluşunun və ictimai təhlükəsiliyin təmin edilməsində iştirak etmək".


"Konstitusiya quruluşunun dəyişdirilməsi hər zaman cinayət sayılmır"


BAXCP sədri əlavə edib ki, konstitusiya quruluşunun dəyişdirilməsi hər zaman cinayət sayılmır: "Hörmətli Səfa müəllim də burada əyləşib. O bizə dövlət və hüquq nəzəriyyəsindən dərs deyib. Dövlətlər idarəetmə formalarına, dövlət quruluşlarına görə fərqlənirlər, unitar, konfederativ, federativ dövlət quruluşu ola bilər. Yəni istənilən vətəndaşlar bunun dəyişdirilməsi, ölkədə yeni konstitusiya qəbul olunması üçün kampaniya apara bilər. Bu cinayət deyil və ona görə də burada qeyd olunmalıdır ki, "dövlət quruluşunun zorakılıqla dəyişdirilməsinə qarşı". Yəni konstitusion quruluşun zorla dəyişdirilməsindən söhbət gedir. Məsələn, bizdə idarəetmə formasına görə prezidentli respublikadır. Bizim partiyanın seçkilərdə platforması o idi ki, Azərbaycan parlamentli respublika modelinə keçsin. Yəni kimsə hansısa qanuni tədbirlər keçirirsə bunu dövlətə qarşı cinayət kimi qiymətləndirməməliyik ki, ordudan da ona qarşı istifadə edək.
Bundan başqa 4.1.14-cü maddədə qeyd olunur ki, peşəkar hərbi kadrlar hazırlamaq, hərbi təhsili daim təkmilləşdirmək, hərbi elmi potensialı artırmaq. Mən hesab edirəm ki, Azərbaycan ordusunun indiki dövrdə ən azı 30 faizi peşəkarlardan ibarət olmaldıır və bu müqavilə əsasında formalaşdırılmaldıır. Yəni burada qeyd edə bilərik ki, şəxsi heyətin ən azı 30 faizi müqavilə əsasında peşəkarlardan ibarət formalaşdırılır. Yaxud bu müddəanı biz 10-cu maddəyə - Silahlı Qüvvələrin şəxsi heyəti və komplekləşdirilməsi ilə bağlı maddəyə də əlavə edə bilərik. Hesab edirəm ki, nəhayət, bu barədə də düşünməliyik. Bilirsiniz, peşəkar orduda əsgərlərin boyu, çəkisi, fiziki hazırlığı önəmli rol oynayır. Yəni hərb də bir sənətdir. Məsələn, biri misal üçün kompüter texnologiyaları üzrə mütəxəssis olmaq istəyir, o biri də hərbçi olmaq istəyir. Tutaq ki, zəif bir uşağın çiyninə də 20 kilo yük qoyub, onu təpənin başına qalxmağa məcbur etmək olmaz. Çünki belə olduqda təpənin başında ona düşmən gülləsi lazım deyil, o bu yükə tap gətirməyəcək və ürəyi dayanacaq. Çünki onun fiziki imkanları buna imkan vermir. Buna görə də, ordunun bir hissəsi peşəkar orduya keçməlidir".



"Sabah dinc insanlara qarşı əsgərlərdən kimsə istifadə etmək istəyə bilər"


"Bundan başqa Ziyafət müəllim, qanunu siz təqdim etdiniz və mən də keçən dəfə sizə dedim-Azərbacan Respublkası Konstitusiyasının 79-cu maddəsində bildirilir ki, heç kəs konstitusiyaya və qanunlara zidd vəzifələrin icrasına məcbur edilə bilməz". Yəni bu müddəanın bura salınmamasını mən heç cür başa düşə bilmirəm", - deyə millət vəkili vurğulayıb: "Niyə bu silahlı qüvvələr haqqında qanunda öz əksini tapmamalıdır? Axı mən sizə dedim ki, qardaş Türkiyədə ayrı-ayrı hərbçilər silahlı qüvvələri konstitusiya və qanunlara zidd vəzifələrin icrasına cəlb etmək istədi. Yəni dövlətə qarşı qiyam təşkil etməyə çalışdı. Belə olduğu halda biz birbaşa zabit və əsgərlərə deyirik ki, siz konstitusiya və qanunlara zidd vəzifələrin icrasına məcbur edilə bilməzsiniz. Amma burada 13.2-ci maddədə qeyd olunur ki, silahlı qüvvələrin hərbi qulluqçuları hərbi xidmət vəzifələrini yerinə yetirərkən silahlı qüvvələrin hərbi nizamnamələrinin tələblərini və komandirlərinin qəbul etdiyi qərarları icra edirlər. Belə çıxır ki, o qərarların qanuni olub olmamasından asılı olmayaraq icra edilməlidir. Burada bu müddəanı yazmaq nə çətin məsələdir ki? Konstitusion bir normanı silahlı qüvvələr haqqında qanuna yazırıq. Yaxud sabah dinc insanlara qarşı əsgərlərdən kimsə istifadə etmək istəyə bilər. Türkiyədə siz gördünüz, əmr verildi və hərbçilər 300-dək dinc insanı güllələdilər. Yəni konstitusiya və qanunlara bu cür açıq formada zidd qərarlar icra olunmamaldır və bu da qanunda öz əksini tapmalıdır. Burada qorxulu heç nə yoxdur".


"Silahlı qüvvələrdə ictimai nəzarət təmin olunmalıdır"

Millət vəkili qanunun 15-ci maddəsi ilə bağlı da bəzi qeydlərini diqqətə çatdırıb: "Mən keçən dəfə də dedim ki, Milli Məclisin mütləq silahlı qüvvələr üzərində nəzarəti olmaldır. Vahid müəllim dedi ki, orada söhbət büdcəyə nəzarətdən gedir. Milli Məclis yalnız büdcəyə nəzarət formasında orduya nəzarət edə bilər. Amma mən düşünrəm ki, bu belə olmamalıdır. İnkişaf etmiş bütün sivil dövlətlərdə biz görürük ki, Müdafiə Nazirliyinin ayrı-ayrı hərbi birləşmələrinin rəhbərliyi dəvət olunurlar, müdafə və təhlükəszlik komitəsində müvafiq dinləmələr keçirilir və s. Və oradakı problemlər aradan qaldırılır. İkincisi, burada hesab edirəm ki, silahlı qüvvələrə də ictimai nəzarət təmin olunmalıdır. 15.4 - yeni bir bənd əlavə olunmnaldıır. İctimai nəzarət olmayanda, son vaxtlar görürəm ki, bəzi hallarda hətta şantaj yolu da seçilir.
Bəzən jurnalistlərə təzyiqlər edilir. Bildirilir ki, düşmən tərəfi də bu məlumatları oxuyur, ona görə də orduda olan bu və ya digər problemləri qaldırmayın. Mən sizə deyirəm ki, o problemlər deyilməyəndə, yazılmayanda bunun nəticələri sonradan daha ağır olur. Əlbəttə, dövlət sirrini heç kim yaya bilmıəz və buna görə də cinayət məsuliyyəti nəzərdə tutulub.
Amma jurnalistlərin konstitusiyaya görə, məlumat almaq hüququ var.
Ona görə də imkan vermək lazımdır ki, jurnalistlərin əsgərlərlə, zabitlərlə təması olsun. Onların oradakı problemlər barədə informasiya əldə etmıək imkanları olsun. Mən keçən dəfə orduda açıq qapı günlərinin keçirilməsini alqışladım. Valideynlər gedirlər, övladları ilə görüşürlər. Onların şəraiti, qidalanması ilə əyani tanış olurlar. Biz ictimai nəzarət haqqında qanun da qəbul etmişdik. Silahlı qüvvələrə faktiki surətdə ictimai nəzarətin olduğu bir halda onun qeyd olunmamasını mən başa düşə bilmirəm. İctimai nəzarət sadəcə olaraq bir az da genişləndirilməlidir".


"Hesablama Palatası Müdafiə Nairliyində araşdırma aparsın"

Millət vəkili Hesablama Palatası ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı da fikirlərini bölüşüb. O bildirib ki, Hesablama Palatasının tərkibinin formalaşdırılması çox prinsipial məsələdir: "Dünyanın bir çox ölkələrində parlamentdə büdcə və büdcəyə nəzarət komitəsi var və bu komitənin də sədri adətən qarşılıqlı nəzarət mexanizmini təmin etmık üçün müxalifətdən olan partiyanın təmsilçiləri olur. Ona görə də hesab edirəm ki, Hesablama Palatasının üzvlərinin ən azı 3-də 1-i parlamentdə azlıqda qalan parityalar tərəfindən təklif olunmalıdır. Necə ki, biz MSK-nı formalaşdırırıq. Oqtay müəllim, yaxşı olardı ki, siz əslində Hesablama Palatasının sədriliyinə azlıqda qalan partiyaların verdiyi nümayəndəni təqdim edəsiniz. Bundan başqa həmkarlarım Hesablama Palatasının auditorlarının əmək haqqları ilə bağlı fikir bildirdilər. Bunlar komitə sədri səviyyəsində maaş alırlar. Düşünürəm ki, Milli Məclisin orqanı olan, Milli Məclisin işinin təşkilinə kömək etməli olan bir orqanın nümayəndələri necə ola bilər ki, Milli Məclisin üzvlərindən çox maaş alır? Yəni bunun bir əsası olmaldır. Məsələn, Rusiyada millət vəklilləri 6 min dollar əməkhaqqı alırlar. Yəni by baxımdan burada da bir nizam-intizamın olması daha yaxşıdır".
Qüdrət Həsənquliyev Hesablama Palatasının iş planı ilə bağlı da danışıb: "Düşünrəm ki, burada təkcə Milli Məclisin sorğusu, yaxud müraciəti, təklifləri əsasında yox, həm də millət vəkillərinin sorğusu əsasında iş planında müəyyən dəyişikliklər edilə, yaxud iş planına hansısa sahələrin yoxlanılması təklif oluna bilər. Burada 26-cı maddədə qeyd olunur ki, kənar dövlət maliyyə nəzarəti tədbirləri zamanı cinayət tərkibli əlamətlər olduqda bu barədə prokurorluğa məlumat verilir. 22-ci maddə qeyd olunur ki, auditin nəticələri barədə Azərbaycan Respublikasının Milli Məclisinə məlumat bverilir. Bir də audit müvafiq icra hakimiyyəti orqanı əsasında, habelə onun yaratdığı dövlət qurumlarında və hüquqi şəxslərdə həyata keçirildikdə onun nəticələri barədə müvafiq icra hakimiyyəti orqanına da məlumat təqdim olunmalıdır. Düşünürəm ki, ümumiyyətlə audit keçirilirsə, cinayət xarakterli məlumatlar aşkarlanırsa bu halda mütləq prokurorluq orqanlarına nəlumat verilməlidir ki, bu da mühüm prinsipial məsələrdən biridir. Sonda onu da qeyd etmək istəyirəm ki, hazırda cənab Prezident və hökumət də çalışır ki, dövlət idarəetmə xərcləri azaldıslsın.
Burada qeyd olunub ki, Hesablama Palatasına kifayət qədər hazırlıqlı insanları audit kimi cəlb edilir. Yaxud işə götürülndə də bilirsiniz ki, ora kifayət qədər hazırlıqlı insanlar götürülürlər. Buna görə də bunun tədris mərkəzinin, regionlarda əlavə bölmələrinin yaradılmasına heç bir ehtiyac yoxudr. Keçən dəfə də iclasda söyləmişdim. Bəzən görürsünüz ki, Hesablama Palatası hər hansı bələdiyyəni yoxlayır. 2000-dən artıq bələdiyyə var və ayrılan maliyyədən hərəsinə 200 manat pul düşür, ya düşmür. Ancaq dövlət zəmanəti ilə 100 milyonlarla kredit götürən səhmdar cəmiyyətlər, büdcədən 100 milyonlarla vəsait ayrılmış orqanlar yoxlamadan kənarda qalır. Ötən dəfə Vahid müəllim də dedi ki, biz deputat olandan görməmişik ki, Hesablama Palatası bir dəfə Müdafiə Nairliyində bir araşdırma aparsın. Bir yoxlama aparsın ki, ayrılmış vəsait necə xərclənir".
Millət vəkili Seçki Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsi ilə bağlı da danışıb. O, bəzi müddəalara etiraz edib: "Layihədə göstərilib ki, deputat başqasının əvəzindən səs verərsə və etik davranış qaydalarını pozarsa, Milli Məclis tərəfindən qərar qəbul olunur, MSK-ya göndərilir və MSK qərar qəbul edir. Əgər son sözü biz deyiriksə, MSK-nın təkrar qərar qəbul etməsinə nə ehtiyac var?"

Əli