4 Noyabr 15:45
07:00
728
ABŞ hökumətinin bağlanması aviasiya sektorunda böyük xaosa səbəb olur.
APA xəbər verir ki, hava limanlarında dispetçerlərin işə çıxmaması ABŞ-ı hava məkanının tamamilə bağlanması riski ilə qarşı-qarşıya qoyur.
“Bloomberg“in məlumatına görə, ABŞ nəqliyyat naziri Şon Deffi zəruri hesab edildiyi təqdirdə ABŞ hava məkanının tam bağlana biləcəyini açıqlayıb.
Deffi keçirdiyi mətbuat konfransı zamanı hava nəqliyyatı dispetçerlərinin maaşsız işlədiklərini bildirib.
Deffi həmçinin ABŞ-da hökm sürən şatdaunun daha bir həftə davam edəcəyi təqdirdə böyük xaos olacağını deyib.
"Böyük uçuş gecikmələri görəcəksiniz. Kütləvi ləğvlər görəcəksiniz və hava məkanının bəzi hissələrini bağlamalı ola bilərik, çünki hava nəqliyyatı dispetçerlərimiz yoxdur, biz bunu idarə edə bilmərik", - Deffi deyib.
Ağ Evin mətbuat katibi Kerolayn Livitt də təkcə bazar günü ABŞ hava limanlarına gələn və gedən 5000-dən çox reysin təxirə salındığını bildirib.
Leavitt Demokratlar səbəbilə 13000-dən çox hava nəqliyyatı dispetçerinin maaşsız işləməyə davam etdiyini deyib.