Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
“Tramp Azərbaycana qarşı 907-ci “Azdlığa dəstək “aktını aradan qaldırarsa…”

“Tramp Azərbaycana qarşı 907-ci “Azdlığa dəstək “aktını aradan qaldırarsa…” Siyasət

“Tramp Azərbaycana qarşı 907-ci “Azdlığa dəstək “aktını aradan qaldırarsa…”

Məhəmməd Əsədullazadə: "Bu, birbaşa Vaşinqtondan dövlət yardımının alınmasına, xüsusi ilə silah satışına gətirib çıxara bilər"

ABŞ prezidentinin köməkçisi Con Boltonun Ermənistana amerikan silahları təklif edib, eyni zamanda, prezident Trampın "907-ci düzəliş"i lğv etməyi istədiyini vurğulayıb.
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bu bəyanatın gələcəyə hesablanmış addım olduğunu qeyd edib: "Ermənistan Rusiyadan silah alanda kreditlə alır. Bəllidir ki, ABŞ Ermənistana kredit versə, o zaman Ermənistan bu silahları ala bilər. Amma kredit vermək üçün də bəzi şərtlər olmalıdır. Bu şərtlər də bəllidir. Bu, o şərt ola bilər ki, ruslar Ermənistandan çıxsın. Bu ehtimal yaxın gələcəyin söhbəti deyil. Amerikanın Azərbaycana silah satışı daha realdır. Azərbaycan müstəqil siyasət həyata keçirir. Heç bir ölkənin hərbi bazası Azərbaycan ərazisində yoxdur. Ikincisi, Azərbaycan alınan silahlara kredit istəməyəcək. Bu silahların pulunu nəğd şəkildə ödəyəcək. Mənə elə gəlir ki, bu bəyanatın bir məqsədi var. Bu da, Azərbaycana satılan silahlar məsələsi gündəmə gəlsə, Ermənistan bununla bağlı etirazlar bildirsə, Amerika bu etirazları qabaqlasın. Amerika o zaman bu etirazları qabqlamaq üçün deyəcək ki, sizə də silah təklif etmişdik, istəyirdinizsə siz də alardınız. Zənnimcə, bu bəyanat məhz buna hesablanıb".
Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyir ki, Donald Tramp Azərbaycana qarşı 907-ci "Azdlığa dəstək "aktını aradan qaldırarsa, bu, birbaşa Vaşinqtondan dövlət yardımının alınmasına, xüsusi ilə silah satışına gətirib çıxara bilər. Politoloqun sözlərinə görə, Con Boltonun "907" düzəlişi və silah ticarətini açıq qabartması Vaşinqtonun Cənubi Qafqazda Rusiyanın mövqeyini zəiflətməyə hesablanıb: "Donald Trampın yürütdüyü siyasətdə iqtisadi maraqlar əsas xətdir. Hazırda Birləşmiş Ştatlar böyük silah ticarı sövdələşmələrinə gedir, əsasən silah ixracı üzrə milyardlar qazanır. Görünür, Tramp adminsrasiyası Azərbaycanla da silah sövdəşləməsinə getmək niyyətindədir. Bir tərəfdən Birləşmiş Ştatlar pulun qazanacaq, digər tərəfdən də Rusiyanın silah bazarını əlindən almaqla, regionda güclənəcək".
Məhəmməd Əsədullazadə deyib ki, Con Boltonun İrəvanda Ermənistan və Azərbaycanın Birləşmiş Ştatlardan silahlarını alması barədə açıqlaması, Rusiya silahlarının zəif olması barədə qeydləri, bir növ silah satışı bazarı uğrunda da mübarizəni göstərir: "Silah alışı barədə Boltonun açıqlamaları, xüsusilə Azərbaycana mesajı idi. ABŞ adminstrasiyası yaxşı bilir ki, Ermənistanın maliyyə vəziyyəti ABŞ silahlarını almaq gücündə deyil. Amma simvolik olaraq Ermənistanın adın çəkdi. Qeyd edim ki, bu mesaj rəsmi Bakıya ünvanlanmışdı. Tramp Azərbaycanın Rusiyaya silah alışı üçün xərclədiyi milyardları öz ölkəsinə yönəltməyə cəhd edir. Hesab edirəm ki, Azərbaycan Birləşmiş Ştatlarla bu istiqamətdə diplomatik danışıqlar aparmalı və Trampın silah ticarəti siyasəti ilə sövdələşməyə gedib, Ermənistana qarşı siyasi cəhətdən möhkəmlənməlidir. Ölkəmiz milyard dollarla Rusiyadan yüksək dərəcədə ABŞ silahları yanında keyfiyyəti olmayan zirehli texnikalarını alır. Bu pulla ABŞ silahları alınarsa, müdafiə qabiliyyətimiz daha da güclənər". Politoloqun sözlərinə görə, Vaşinqton, həmçinin ona görə Azərbaycana silah satışında maraqlıdır ki, regionda şərtlər dəyişir və Boltonun təbirincə desək, ABŞ-ın xüsusi strateji tərəfdaşı olan Azərbaycan aqressiv qonşularından gələcək perspektivdə müdafiə olunsun: "Birləşmiş Ştatların ölkəmizə silah satışı bəzi şirkətlər tərəfindən həyata keçirilib. Alınan ABŞ istehsallı bir neçə hərbi təyinatlı helikopterlər buna misaldır. Böyük silah müqaviləsi Bakı və Vaşinqtonu yaxınlaşdıra bilər. Bu da ölkəmizin ABŞ-ın İsrail kimi Cənubi Qafazda müttəfiqi ola bilər. Azərbaycanla müttəfiqlik Qarabağın azad olunmasına dəstək olmaqla yanaşı, Birləşmiş Ştatların Xəzər regionunda və Mərkəzi Asiyada təsirinin artırılmasına və regionda qalıcı olmasına da gətirib çıxara bilər".
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da 907-ci düzəlişin aradan qaldırılmasını mümkün hesab edir. Ancaq politoloq onu da deyir ki, Birləşmiş Ştatlar Azərbaycana silahı hansısa şərtlərlə sata bilər: "Birləşmiş Ştatlar prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton İrəvanda "Azadlıq" radiosuna verdiyi müsahibədə deyib ki, Ermənistan hakimiyyəti Rusiya silahlarından imtina etsə ABŞ Ermənistana silah satmağa hazırdır. Bolton ölkəsinin Azərbaycana da silah satmağa hazır olduğunu bildirib. Bolton Amerika silahlarının Rusiya silahlarından keyfiyyətli olduğunu deyib. Bolton Azərbaycana silah satışı üçün Konqresin Azərbaycana qarşı tətbiq etdiyi 907-ci düzəlişin maneə olmadığını da bildirib. Bolton hətta ona işarə edib ki, Donald Tramp bu düzəlişi ləğv də edə bilər. Ancaq görünür bunun baş verməsi üçün rəsmi Bakı Rusiyadan deyil, Amerikadan silah almağa razı olmalıdır". Politoloqun sözlərinə görə, problem ondadır ki, Tramp Azərbaycana silah satmaq istəsə Konqres səlahiyyətindən istifadə edərək bunu əngəlləyə bilər: "Onda bir tərəfdən Azərbaycan Amerikadan silah ala biməyəcək, digər tərəfdən Rusiyanın təzyiqi ilə üzləşəcək ki, niyə bizdən imtina edib Amerikaya üz tutdunuz. Ona görə də rəsmi Bakı Vaşinqtondan tam təminat almalıdır ki, Amerikadan silah almaq istəsə maneə ilə üzləşməyəcək. Bunu isə Con Bolton bir yana Trampın özü də təminat verə bilməz".
Politoloq həmçinin Köçəryanın Qarabağla bağlı son açıqlamasını də şərh edib: "Ermənistanın ikinci prezidenti Robert Köçəryan son müsahibəsində deyib ki, bütün görüşlərdə vasitəçilər ondan Dağlıq Qarabağ ətrafındakı rayonları azad etməyi tələb edirdilər: "Minsk Qrupunun bütün həmsədrlərinin mövqeyi belədir ki, konkret ərazilər danışıqların predmetidir və qaytarılmalıdır. Bu, reallıqdır". Bu Robert Köçəryanın cümləsidir. Köçəryan həm də onu deyib ki, rəsmi İrəvan öz mövqeyini dəqiqləşdirməlidir. Köçaryana görə, erməni cəmiyyətində belə bir fikir formalaşıb ki, hansısa ərazini güzəştə getmək olmaz. Köçəryan onu da bildirib ki, nəticələrə görə Ermənistan hakimiyyəti məsuliyyət daşıyacaq. Köçəryan bu açıqlama ilə iki məqsəd güdür. Onun birinci məqsədi erməni cəmiyyətini Qarabağ danışıqlarının detalları haqqında məlumatlandırmaqdır. Onun ikinci məqsədi hazırki baş nazir Nikol Paşinyanın mövqelərini zəiflətməkdir. Çünki, Paşinyan parlament seçkisindən sonra Qarabağla bağlı danışıqlarda iştirak etməlidir. Köçəryan erməni cəmiyyətinə mesaj göndərir ki, Paşinyan Dağlıq Qarabağ ətrafındakı rayonların azad olunması mövzusuna müzakirə etmək məcburiyyətindədir".