Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxslərin kimliyi məlum olub
Emin Əmrullayev Şimali Kipr Türk Respublikasının Baş naziri ilə görüşüb
DTX rəisi: Qlobal və regional gərginliklərə baxmayaraq, ölkədə siyasi sabitlik qorunub saxlanılıb
TAP ilə Azərbaycandan Yunanıstana indiyədək ixrac olunan qazın həcmi açıqlanıb
31 Yanvar 09:30
2 240
ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına 9 milyard dollar dəyərində Patriot sistemləri üçün raketlərin mümkün satışına razılıq verib.
Bu barədə Pentaqonun Təhlükəsizlik Əməkdaşlığı Agentliyi məlumat yayıb.
Məlumata görə, Səudiyyə Ərəbistanı ABŞ-dan 730 ədəd "PAC-3 MSE" tipli idarə olunan raket və müşayiətedici avadanlıqların alınması üçün sorğu göndərib.
Sözügedən satış Dövlət Departamenti tərəfindən təsdiqlənib və bununla bağlı ABŞ Konqresinə rəsmi bildiriş təqdim olunub.
Açıqlamada qeyd olunur ki, bu satış ABŞ-ın xarici siyasət və milli təhlükəsizlik maraqlarına uyğundur. Slah satışının regiondakı güc balansına təsir göstərməyəcəyi, həmçinin ABŞ Silahlı Qüvvələrinin döyüş hazırlığına mənfi təsir etməyəcəyi vurğulanır.