“Son anda hər şey dəyişə bilər” Siyasət

“Son anda hər şey dəyişə bilər”

Ehtiram Aşırlı: "Xüsusilə də Rusiya separatçı rejimin əli Ermənistandakı seçkilərə müdaxilə edə bilər"

"Ermənistanda seçkiqabağı siyasi etirazlar qızışır və əsas diqqətçəkən məqam Nikol Paşinyanın komandası ilə Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaradılan separatçı rejim arasındakı qarşıdurmasıdır". Bu fikirləri "Xalq Cəbhəsi"nə açıqlamasında analitik Ehtiram Aşırlı bildirib. Onun sözlərinə görə, Paşinyanın lideri olan "Vətəndaş sazişi" partiyasının idarə heyətinin sədri Sasun Mikaelyan "aprel inqilabının Qarabağ müharibəsindən daha üstün olduğunu" bəyan etdi: "Bundan sonra qondarma rejimin nümayəndələri ilə Paşinyan arasında gərginliyin yaşanmasına gətirib çıxardı. Həttə gərginlik o səviyyə çatıb ki, tərəflər övladlarının hərbi xidmətə getmədiklərinə dair özü-özlərini ifşa etməyə başladılar. Belə ki, Paşinyan qondarma rejimin məmurlarının övladlarını hərbi xidmətə göndərmədiklərini bildirirək onları günahlandırdı. Qondarma rejimin nüməyəndələri isə bunu təkzib edərək hərbi xidmətdə olmayan birinin Qarabağdan və xidmətdən danışması haqqının olmadığı bildirdilər. Paşinyanın Qarabağdakı separatçı Saakyan rejimi ilə zidd düşməsi təəccüblü deyil. Çünki Saakyan keçmiş prezidentlər Robert Köçəryan və Serj Sərkisyanın adamıdır. Bununla yanaşı Paşinyan "Qarabağ klan"ın mövqeyini zəiflətməyə çalışır. Lakin Paşinyan ilk zamanlar Azərbaycana qarşı sərt bəyanatlar səsləndirməklə "Qarabağ klanı"nın dəstəyini almaq niyyətində idi. Lakin sonrakı proseslərdə Paşinyanın "Qarabağ klanı"na bağladığı ümidlər özünü doğrultmadı. Qarabağdakı separatçı rejim keçmiş iqtidarı dəstəkləməsi faktı Paşinyanın klana qarşı siyasətində dəyişikliklərə getməsinə səbəb oldu. Paşinyanın separatçı rejiminin ünvanına sərt bəyanatları da buradan qaynaqlandığını ifadə edə bilərik. Bu baxımdan hazırkı vəziyyətdə Paşinyan "Qarabağ klanı"nı özünə qarşı maneə olaraq görür. Paşinyan bu klanı siyasətdən çıxara biləcəksə, onda o, kresloda oturmağa davam edəcək. Və böyük ehtimalla münaqişənin həlli üçün Azərbaycanla lazım olan müqaviləni bağlayacaq. Bu, ərazilərin Azərbaycana qaytarılması deməkdir". Ekspert əlavə edib ki, faktiki olaraq, Paşinyanın addımları onun Qarabağı qaytarmaq niyyətinin olduğunun göstərgəsidir: "Məhz bu səbəbdən qondarma rejimin separatçı başçısı Saakyan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə səfər edərək həmin ölkələrə münaqişə ilə bağlı öz mövqeylərini bildirirdi. Xüsusilə, Saakyan Rusiyaya səfər edərək Paşinyan ilə bağlı narahatlıqlarını ifadə etmiş oldular. Əvvəla onu qeyd edim ki, separatçı rejimlə Paşinyan arasında yaşanan gərginlik hazırda Ermənistanda böyük bir narahatlığa səbəb olub. Belə ki, Ermənistan Milli Assambleyasının xarici əlaqələr komissiyasının keçmiş sədri, keçmiş təhsil naziri, hazırda isə Serj Sərkisyanın Ermənistan Respublikaçılar Partiyasının (ERP) liderlərindən olan Armen Aşotyan keçirdiyi brifinqdə "Bu hakimiyyət Ermənistanın maraqlarını müdafiə etmək qabiliyyətində deyil. Nikol Paşinyanı Qarabağ və onun problemlərindən kilometrlərlə aralı tutmaq lazımdır". şəklində açıqlama ilə çıxış edib. Həmçinin Ermənistanın sabiq müdafiə naziri, qarşıdakı parlament seçkilərində Ermənistan Respublikaçılar Partiyasının siyahısına başçılıq edən Vigen Sərkisyan "Mən hamını – baş naziri, bizim Qarabağdakı qardaşlarımızı və ordu rəhbərliyini seçkiqabağı mübarizəni bir anlıq unutmağa çağırıram. O, 12 gün sonra bitəcək və biz rəqibimizlə (burada Azərbaycanı nəzərdə tutur), onun çox güclü 100 minlik ordusu (Azərbaycan Ordusunu nəzərdə tutulur) ilə üz-üzə qalacağıq. Biz cavab vermək üçün hazır olmalıyıq. Bizim daxili qurdumuz bizi yeyəcək"-deyə açıqlaması ilə çıxış edib. Hətta Ermənistan Respublkaçılar partiyasının seçki siyahısında üçüncü olan Davit Şahnazaryan jurnalistlərlə söhbəti zamanı Paşinyanı Qarabağ məsələsi üzrə debata çağırdığını bildirib. Digər tərəfdən, qondarma rejimin tərkibində də parçalanma müşahidə olunur.Güc strukturları nümayəndələri olmaqla qondarma qurumun "milli təhlükəsizlik şurası"nın sədri Vitali Balasanyan, "milli təhlükəsizlik xidməti"nin sabiq direktoru Arşavir Qaramyan və onun tərəfdarları, digər tərəfdən isə Qarabağın sabiq "baş naziri", hazırda Saakyanın "müşaviri" vəzifəsini tutan, Qarabağdakı ən böyük siyasi qüvvə hesab olunan "Azad Hayrenik" (Azad Vətən) partiyasının rəhbəri Arayik Harutyunyan qarşı-qarşıya gəlib". E.Aşırlı diqqətə çatdırıb ki, 2020-ci ilin payızında Saakyan Qarabağın rəhbəri seçilməyəcək və ona görə də hər iki tərəf indidən seçkilərdəki mübarizəyə hazırlaşırlar: "Arayik Harutyunyan özünün keçmiş fəaliyyəti və son bəyanatı ilə göstərdi ki, baş nazir Paşinyanın və Qarabağdakı demokratik islahatlar xəttinin tərəfdarıdır. Ancaq güc strukturlarının təmsilçiləri əksinə olaraq Paşinyanın əleyhinə çıxmaqla, Ermənistandakı hakimiyyətə qarşı durmaq istəyirlər. Bununla da onlar başa salırlar ki, Qarabağı diktatorluq və hərbi xuntanın yaradılması yolu ilə idarə edəcəklər. Bütün bu proseslər baş verərkən mövqeyinin zəiflədiyini görən Paşinyan növbəti bir gedişat edərək "Mən "Qarabağın rəhbərliyinə" bütün danışıqlar prosesi haqqında məlumat vermişəm" şəklində açıqlama verməklə erməni ictimaiyyəti qarşısında özünü təmizə çıxarır. Ələlxüsus Paşinyan Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ilə Ermənistan Xarici İşlər nazirinin müavini Şavarş Köçəryan işğal altında olan Qarabağa göndərməklə qondarma rejimin nümayəndələri ilə müəyyən danışıqlara gedərək seçkiqabağı sabitliyi təmin etməyə çalışır. Bütün bu proseslər onu göstərir ki, dekabrın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləri öncəsində isə vəziyyət dəyişə bilər. Ermənistanda hər şeyin bitdiyi düşünülsə də yəni Paşinyan və onun bloku qalib olaraq görüləsə də son baş verən proseslər onu deməyə əsas verir ki, son anda hər şey dəyişə bilər. Xüsusilə də Rusiya separatçı rejimin əli Ermənistandakı seçkilərə müdaxilə edə bilər, hər nə qədər zəif bir ehtimal olaraq dəyərləndirilsə də".