

Sentyabrın 18-dən oktyabrın 8-dək Latviyanın Rusiya və Belarusla sərhədləri yaxınlığında hava məkanı gecə saatlarında – yerli vaxtla axşam saat 20:00-dan səhər saat 07:00-dək bağlanacaq.
Bu barədə Latviya Müdafiə Nazirliyi məlumat yayıb.
Qurumdan qeyd edilib ki, məhdudiyyətlər Milli Silahlı Qüvvələrə qapalı zonaya tam nəzarət etməyə, akustik müşahidə sistemlərini sınaqdan keçirməyə, pilotsuz uçuş aparatları və əks-dron simulyasiyalarını həyata keçirməyə, mobil döyüş hissələrini yerləşdirməyə və onlara təlimlər keçməyə imkan verir.
Milli Silahlı Qüvvələr Latviya üçün dərhal hərbi təhlükə olmadığını qiymətləndirir, lakin qoşunlar "Namejs 2025" hərtərəfli müdafiə təliminin bir hissəsi olaraq yüksək döyüş hazırlığı vəziyyətindədirlər. Hava hücumundan müdafiə bölmələri şərq sərhəd bölgələrində növbətçilik edir, lazım gələrsə, xarici pilotsuz uçuş aparatlarını vurmağa hazırdır.