İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
17 Sentyabr 2025 15:40
2 142
Azərbaycanda müşahidə edilən yağıntılı havanın sentyabrın 21-dək davam edəcəyi gözlənilir.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.
Direktor qeyd edib ki, sabah Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Mülayim şərq küləyi əsəcək.
Gülşad Məmmədova əlavə edib ki, bölgələrdə də analoji hava sentyabrın 21-i gündüzədək davam edəcək.
"Bəzi yerlərdə yağışın intensivləşəcəyi, leysan yağacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimal olunur. Mülayim şərq küləyi əsəcək. Sentyabrın 19-da bəzi yerlərdə qərb küləyi arabir güclənəcək. Havanın maksimal temperaturu Aran rayonlarında 19-24, dağlıq ərazilərdə 7-11 dərəcə isti olacaq", - deyə o qeyd edib.
25 Mart 16:20
1 015
25 Mart 16:19
1 190
25 Mart 14:05
1 351