17 Sentyabr 2025 18:27
2 121
Narkomanlığın profilaktikasının daha səmərəli təşkili məqsədilə ümumi təhsil müəssisələrində çalışan psixoloq və tibb işçiləri üçün təlimat hazırlanaraq təsdiq ediləcək.
APA-nın xəbərinə görə, bu, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda əksini tapıb.
Elm və Təhsil Nazirliyi Səhiyyə Nazirliyi ilə birgə 2026-cı ildə ümumi təhsil müəssisələrində çalışan psixoloq və tibb işçiləri üçün müvafiq təlimat layihəsinin hazırlanmasını, təlimat layihəsinin aidiyyəti dövlət orqanları (qurumları) ilə razılaşdırılmasını və təsdiqlənməsini təmin etməlidir.
25 Mart 16:20
1 050
25 Mart 16:19
1 211
25 Mart 14:05
1 407