“Naira gözəlləşdikcə xasiyyəti dözülməz olur” Siyasət

“Naira gözəlləşdikcə xasiyyəti dözülməz olur”

Avropa Şurası Parlament Assambleyasının qış sessiyası zamanı Türkiyədə müxalifəti təmsil edən siyasətçilərin vəziyyətlərinin pisləşməsi müzakirə olunub.
Ermənistan parlamentinin deputatı Naira Zöhrabyan çıxış edib və öz çıxışını Feysbuda "Qaro Paylandan əllərinizi çəkin" adlı yazı ilə paylaşıb.
"Türkiyədə siyasətçilərə və deputatlara qarşı "cadugər ovu"na başlanılıb. Diyarbəkir prokurorluğu və prezident Erdoğan səkkiz deputatın, o cümlədən, Qaro Paylanın "türk millətinin təhqir edilməsi" adlı 301-ci maddə ilə toxunulmazlıqlarının ləğv edilməsi ilə bağlı göstəriş veriblər.
XXI əsrdə - orta əsr adətlərinin yox olduğunu düşündüyümüz bir zamanda Türkiyədə söz və fikir azadlığını boğmağa çalışırlar. Mən AŞPA-dan Türkiyənin siyasətçiləri təqib etməkdən imtina etməsini və biabırçı 301-ci maddədən imtinanı tələb etməsini xahiş edirəm", - deyə Naira Zöhrabyan deyib.
Erməni mətbuatının məlumatına əsasən, Naira Zöhrabyanın çıxışına türkiyəli nümayəndə Hişyar Özsoy cavab verib.
"Naira Zöhrabyanın Türkiyədə demokratiya və deputatlara təzyiq barəsindəki çıxışı məni təəccübləndirir. Siz Türkiyədəki demokratiya ilə öz ölkənizdəki demokratiyanı müqayisə edib öz parlamentinizdə bir türk deputatı göstərə bilərsiniz? Ancaq Türkiyə parlamentində üç erməni deputat var", - deyə Hişyar Özsoy cavab verib.
Həmçinin, azərbaycanlı deputat Səməd Seyidovun Naira Zöhrabyanın ünvanına "Naira Zöhrabyan gözəlləşdikcə xasiyyəti də bir o qədər dözülməz olur" atmacasını söyləməsi qeyd olunur.