Lavrov: Rusiya Bakı ilə İrəvan arasında kommunikasiyaların bərpasına dəstək verməyə hazırdır Siyasət

Lavrov: Rusiya Bakı ilə İrəvan arasında kommunikasiyaların bərpasına dəstək verməyə hazırdır

Rusiya Azərbaycan və Ermənistan arasında nəqliyyat və iqtisadi kommunikasiyaların açılması, eləcə də humanitar məsələlərin həllinə dəstək verməyə hazırdır.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə danışıqların yekunlarına dair keçirilən birgə mətbuat konfransında deyib.

"Rusiya 2020 və 2022-ci illərdə ən yüksək səviyyədə əldə olunmuş üçtərəfli razılaşmalar əsasında Azərbaycan və Ermənistanın münasibətlərinin tam və hərtərəfli normallaşdırılmasına yönəlmiş səylərini ardıcıl şəkildə dəstəkləyir. Əvvəlki kimi, həm Bakıya, həm də İrəvana nəqliyyat və iqtisadi kommunikasiyaların blokdan çıxarılması, humanitar məsələlərin həlli istiqamətində kömək göstərməyə hazırıq", – Lavrov bildirib.