

Azərbaycan və İran nəqliyyat sahəsində birgə fəaliyyətlə bağlı fikir mübadiləsi aparıb
Azərbaycan Prezidenti: Qarabağ XXI əsrin dayanıqlı inkişaf məkanı kimi formalaşır
Prezident “Rebuild Karabakh” sərgisinin iştirakçılarına müraciət ünvanlayıb
Rusiyada Xodorkovskiyə terror təşkilatı yaratmaq ittihamı ilə cinayət işi açılıb
İdris İsayev: Məktəbəqədər təhsilin əhatə dairəsi hədəflənən səviyyəyə tam çatılmayıb
Azərbaycan Ordusunun hərbi hissələrində “Açıq qapı günü” keçirilir
Müdafiə Nazirliyindən verilən məlumata görə, nazir general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bu gün bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı günü” keçirilir.
Ziyarətçilər hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə tanış olacaq, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalara baş çəkəcəklər.
“Açıq qapı günü” çərçivəsində Müdafiə naziri, nazir müavinləri və qoşun növü komandanlarının valideynlərlə keçirilən görüşlərində hərbi xidmətlə bağlı məsələlər müzakirə ediləcək və ziyarətçiləri maraqlandıran suallar cavablandırılacaq.
Bayram günü münasibətilə şəxsi heyət üçün mədəni-kütləvi tədbirlər keçiriləcək və bayram sovqatları təqdim ediləcək.