18:20
721
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev amerikalı həmkarı Donald Trampla telefon danışığı aparıb.
Bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat verib.
Tokayev Trampı ABŞ müstəqilliyinin 250 illiyi münasibətilə təbrik edib.
"Söhbət zamanı ikitərəfli iqtisadi əməkdaşlıq və siyasi qarşılıqlı fəaliyyət mövzularında fikir mübadiləsi aparılıb. Qasım-Jomart Tokayev ötən ilin noyabr ayında Vaşinqtona səfəri zamanı əldə edilən mühüm razılaşmaların həyata keçirilməsində sürətli irəliləyişi qeyd edib. Tokayev Donald Trampı onun üçün əlverişli vaxtda Qazaxıstana səfər etməyə dəvət edib", - deyə məlumatda qeyd olunur.