“Dövlət siyasətinin mərkəzində vətəndaş amilinin dayandığının şahidi olduq” Siyasət

“Dövlət siyasətinin mərkəzində vətəndaş amilinin dayandığının şahidi olduq”

“Planetimizə qara bulud kimi çökən koronavirus pandemiyasının dünyanın ən inkişaf etmiş ölkələrində hər gün minlərlə can aldığından, minlərlə insanın sağlamlığını təhdid etdiyindən mətbuat, kütləvi informasiya vasitələri, sosial şəbəkələr vasitəsi ilə hər gün yeni məlumat əldə edirik”.
Bunu Milli Məclisin deputatı Pərvin Kərimzadə bildirib.
Millət vəkili qeyd edib ki, ABŞ, Almaniya, Fransa, Çin, İspaniya, İran kimi dövlətlərlə müqayisə etdikdə ölkəmizdə fəsadlarının çox aşağı səviyyədə olduğunu da müşahidə edirik:
"Hazırda dünyada baş verən hadisələri təhlil etdikdə, bir daha Azərbaycan kimi ölkədə yaşamağımızdan qürur duyuruq. Fəxr edirik ki, ilk gündən vəziyyəti nəzarətə götürən, qətiyyətli iradəsi, təşəbbüskarlığı ilə koronavirusun ölkəmizdə sürətlə yayılmasının qarşısı almağı bacaran dövlət başçımız var.
Koronavirusa qarşı mübarizə tədbirlərinə başlanıldığı ilk gündən Prezidentimiz İlham Əliyev ölkə vətəndaşların sağlamlığının qorunmasını, koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsini bir nömrəli vəzifə kimi qarşıya qoyuldu, bütün diqqəti bu sahəyə yönəltdi. Əhalinin sağlamlığının qorunması və ilə bağlı tədbirlər haqqında fərman imzalandı, Nazirlər Kabineti yanında Operativ Qərargah fəaliyyətə başladı, zəruri tibbi avadanlıqlar alındı, koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar müasir tibb müəssisələri ayrıldı, karantin zonaları yaradıldı.
Ölkə başçımızın, Birinci vitse-prezidentimizin bir illik əmək haqlarını, ardınca bir çox qurumların, özəl şirkətlərin və ayrı-ayrı şəxslərin koronavirus infeksiyasına qarşı preventiv addımların atılması üçün yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələr bağışlaması dövlətin və xalqın həmrəyliyini, birliyinin daha bir bariz göstəricisi oldu. Eyni zamanda Prezident İlham Əliyevin və Mehriban xanım Əliyevanın dünyanı cənginə alan virusun ölkəmizdə yayılmasının qarşısının alınması sahəsində vaxtında həssas münasibət göstərmələri, ölkə vətəndaşlarına müraciətləri xalqın pandemiya ilə mübarizəyə səfərbəyliyi üçün böyük stimul oldu".
Pərvin Kərimzadə daha sonra vurğulayıb ki, koronovirus pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində ölkəmizin sosial-iqtisadi siyasətinin prioritetlərinin pandemiya dövründə də davam etdirilməsi Prezident İlham Əliyevin uzaqgörən siyasətini, vətəndaşların mənafeyinin, sosial rifahının, sağlamlığının dövlət siyasətinin mərkəzində dayandığını bir daha nümayiş etdirdi:
"Xüsusi karantin rejimi ilə əlaqədar iş yerlərinin azaldılmaması, müvəqqəti işsiz qalan insanlara maddi yardımların göstərilməsi, 12 min ailənin özünəməşğulluq proqramına cəlb edilməsi, DOST İş Mərkəzləri vasitəsi ilə 90 min ödənişli ictimai iş yerlərinin yaradılması isə koronavirus pandemiyası ilə mübarizədə dövlətimizin böhranlı vəziyyətlərə yüksək hazırlıqlı olmasından xəbər verdi".
Pərvin Kərimzadənin fikrincə, məhz belə çətin və mürəkkəb anlarda ölkəmizin iqtisadi və sosial gücünün dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmalara müqaviməti bir daha aydın şəkildə özünü göstərdi:
“Pandemiyanın fəsadlarından qorumaq üçün yeni dəstək proqramının həyata keçirilməsi, 2,5 milyon vətəndaşı əhatə edən məşğulluq və sosial rifah istiqamətinə 600 milyon vəsaitin ayrılması ölkə vətəndaşlarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən addımların davamı oldu”.