Yığmanın Soçidəki rəqibləri müəyyənləşib İdman

Yığmanın Soçidəki rəqibləri müəyyənləşib

Rusiyanın Soçi şəhərində keçirilən ənənəvi "Kuban baharı" turnirinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, gənc qızlardan ibarət yığmalar arasında təşkil edilən yarışda 12 komanda mübarizə aparacaq. Püşk iştirakçıları hərəsində 4 komanda olmaqla, 3 qrupa bölüb.
19 yaşadək qızlardan ibarət Azərbaycan millisi martın 19-31-də keçiriləcək turnirə B qrupunda başlayacaq. Komandamız ayın 20-də İsrail, 22-də Rusiya, 24-də Rumıniya ilə qarşılaşacaq. Yarışın reqlamentinə əsasən, hər qrupda ilk 2 yeri tutanlar və 3-cü yer sahiblərindən ən yaxşı göstəriciyə malik 2 yığma 1/4 finala yüksəlir. Digər 4 milli isə dairəvi sistemlə 9-12-ci yerlər uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, 2013-cü ildə də "Kuban baharı"na qatılan yığmamız Rusiyadakı turniri 9-cu pillədə bitirmişdi.