Ərdoğan dünənki mitinqlərə qatılmadı Dünya

Ərdoğan dünənki mitinqlərə qatılmadı

Səs tellərindəki problem onu seçki kampaniyasını əvvəlki templə davam etdirməyə imkan vermədi

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan səs tellərində yaranmış ciddi problemlə əlaqədar dünən təyin olunan seçkiqabağı təbliğat mitinqlərində iştirak etməyib.
APA-nın xəbərinə görə, R. T. Ərdoğan AKP-nin mövqelərinin çox güclü olduğu Konya və Kayseridə keçiriləcək mitinqlərə qatılmayıb. Onun İstanbuldakı evində istirahət etdiyi bildirilir.
Qeyd edək ki, R.T.Ərdoğanın martın 27-də Van və Diyarbəkirdə keçirilən mitinqlərdə qısıq səslə çıxışı Türkiyədə hər kəsi təəccübləndirib və müxalifətçilər bunu lağlağı mövzusuna çeviriblər. Türkiyədə martın 30-u bələdiyyə seçkiləri günüdür.