“ABŞ-da analoqsuz hadisələr baş verir” Dünya

“ABŞ-da analoqsuz hadisələr baş verir”

Vüqar Əsgərov: "Ancaq heç bir beynəlxaq təşkilat, hüquq müdafiə təşkilatı ABŞ-dakı hadisələrə münasibət bildirmir"

Sahib Alıyev: "Bu kordinasiyalı şəkildə edlilir"

"Bununla belələrinə dəyər vermiş olduğumu düşündüyümdən elə adamlar var ki, mən onların adlarını heç zaman çəkmirəm. Amma bu gün məcburam. Sosial şəbəkədə artıq neçənci dəfədir ki, Azərbaycanla bağlı mənfi bir yazının Ermənistanın rəsmi strukturlarının təmsilçilərilə yanaşı, həm də oradakı müxalifətçilərin necə həvəslə paylaşdıqlarını görürəm". Bu fikirləri millət vəkili Sahib Alıyev səsləndirib. O, görürəm ki, bu kordinasiyalı şəkildə edlilir,- deyə əlavə edib: "Azərbaycanda informasiyalı adamların hara bağlı olduğunu yaxşı bildikləri bir amerikalı xanım var-Katy Pearce. Ölkəmiz haqqında mənfi xəbərlər hazırlayan və onun yayılmasını təşkil edənlərən biri olan bu xanım indi də bizimkilərdən kiməsə dayanaraq yazır ki, Xədicə İsmayılın həbsi Azərbaycanın Amerikaya yanaşmada tutduğu ikiüzlü siyasətdən xəbər verir. Onun bu cızmaqarasını Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Tiqran Balayanla yanaşı, Ani Vandaryan, Sedrak Mkrtçyan, Ruzanna, Sasun Hovhannisyan kimi guya müstəqil və müxalifətçi bloqqerlər də yayıblar. Kordinasiyanı və erməni həmrəyliyini görürsünüzmü? Ancaq məsələnin daha maraqlı tərəfi də var və o da Xədicənin tutulmasının Azərbaycanın Amerikyaya qarşı ikiüzlü siyasət yeritməsi kimi qiymətləndirilməsidir. Qəribədir deyilmi, biz Amerikanın Dağlıq Qarabağ probleminə yanaşmada və bir çox digər məsələlərdə ikiüzlü siyasət yeritdiyini deyirik. Orada Katy Pearce kimiləri Xədicənin həbsini Amerikaya qarşı ikiüzlü siyasət sayırlar. Dağlıq Qarabağ bizim torpağımızdır və rəsmi Vaşinqton da bunu dəfələrlə təsdiqləyib. Amma Minsk qrupuna həmsədrik edən dövlət olaraq həmin Amerika üzərinə düşən öhdəliyə əməl etmir və hələ bu azmış kimi Güney Osetiya, Abxaziya, Dnestryanı, Krım, Donbasdakı separatçılara yanaşmada bir, erməni separatçılarına yanaşmada başqa mövqe sərgiləyir. Liderlərini Konqresdə ağırlamaqla, indiyədək yüz milyonlarla dollar yardım etməklə onlara açıq dəstək verir. İkiüzlü siyasət deyəndə biz bunu nəzərdə tuturuq. Bəs Xədicənin tutulmasını Amerikaya qarşı ikiüzlülük kimi qiymətləndirənlərin arqumenti nədir? Dağlıq Qarabağ bizim üçün nə anlam daşıyırsa, bəlkə Xədicə də amerikalılar üçün o anlamı daşıyır. Qarabağı bizə dəyərli edən o torpaqların Azərbaycanın olmasıdır. Bəs bu ölkənin vətəndaşı olan Xədicəni amerikalıların, eləcə də onun tutlmasından narahatçılıq keçirən ermənilərin gözündə dəyərli edən nədir? Xədicənin onlara nə bağlılığı var, bir bağlılıq varsa bunun nə olduğunu niyə gizlədirlər?".
Ekspert Vüqar Əsgərov bildirib ki, bəzi beynəlxalq insan hüquqları təşkilatlarının Xədicə İsmayılın həbsi ətrafında yaratmaq istədikləri xoşagəlməz vəziyyət onlara heç nə qazandırmayacaq: "Əksinə dünya dövlətlərinin rəğbətini itirmiş bu təşkilatların yerli-yersiz müdaxilələri, törətdiyi cinayətə görə həbs edilən şəxslərin "müdafiəsinə" qalxması onların bütün planlarını alt-üst edir". Xədicə İsmayılın həbs edilməsinə etiraz edən bəzi beynəlxalq qurumların mövqeyinə aydınlıq gətirən V.Əsgərov qeyd edib ki, faktiki olaraq bu gün ABŞ-da analoqsuz hadisələr baş verir: "Ancaq heç bir beynəlxaq təşkilat, hüquq müdafiə təşkilatı ABŞ-dakı hadisələrə münasibət bildirmir. Orada yüzlərlə insan həbs edilib, bir neçə insan qətlə yetirilib. Bütün bunları ABŞ kökuməti etmirmi? Edirsə, o zaman bizim hakimiyyətimizi üzdəniraq şəxslərə görə tənqid edən beynəlxalq təşkilatlar nə üçün ABŞ-dakı hadisələrə münasibət bildirmir? Bu gün real gözlə baxsaq, görərik ki, Azərbaycanla ABŞ arasında yerlə göy qədər fərq var. ABŞ-da minlərlə siyasi məhbus var, hər gün insanlar qətlə yetirilir, on illiklərdir ki, insanları dərisinin rənginə görə təzyiqlərə məruz qoyurlar, insanlar çaşqınlıq içində yaşadıqlarına görə qarətlə, oğurluqla ömürlərini başa vururlar. Orada xalqla iqtidar arasında bərpası mümkün olmayan böyük bir uçurum var. Dövlətin büdcəsi Şərq ölkələrində inqilablar etmək üçün həmin ölkələrdəki terorçu təşkilatlara xərclənir. ABŞ yaxın Şərqdə həyata keçirdiyi iyrənc siyasət nəticəsində büdcəsinə milyardlarla ziyan vurdu, minlərlə ABŞ əsgəri öldürüldü. Ancaq heç kim dinmir, heç bir beynəlxalq təşkilat ABŞ-ı haqqa, doğru yola səsləyə bilmir. Azərbaycanda isə, ABŞ-da olan bu eybəcər halların birini göstərin! Yoxdur, nə siyasi məhbusumuz var, nə ölkələrdə inqilab edirik, nə insanlarımızı dini, irqi, milli mənsubiyyətinə görə təzyiqlərə məruz qoyuruq, nə də yad torpaqlarda əsgərlərimizi ölümə sürükləyirik. Biz demokratik inkişaf yolunu tutmuşuq. Təbii ki, Xədicə İsmayıl ABŞ-ın, eləcə də bəzi Qərb dairələrini əlində bir oyuncaqdır, vasitədir. Milli ruhdan məhrum olan belə şəxlsərin əli ilə dövlətimizə ləkə yaxmağa çalışırlar. Ancaq neçə illərdir ki, onlar bu siyasətlərini davam etdirirlər. Nəticə isə yoxdur, ola da bilməz".

Əli