27 Noyabr 2023 14:55
3 206
İsrailin rabitə naziri Şlomo Karhi, sahibi olduğu Starlink peyk internet sistemi haqqında amerikalı milyarder İlon Maskla görüşüb. Xalqcəbhəsi.az xarici mətbuata istinadən xəbər verir ki, Karhi, Starlink-in Tel-Əvivin icazəsi olmadan blokadada olan Qəzza zolağına peyk interneti verməməsi mövzusunda Mask ilə prinsipcə razılaşdıqlarını açıqlayıb: "Elon Mask, Rabitə Nazirliyimizlə mühüm bir ilkin razılaşma əldə etdiyiniz üçün sizi təbrik edirəm. Nəticədə Starlink peyk internet sistemi Rabitə Nazirliyinin icazəsi olmadan İsraildə işlədilə bilməz...”.