Qəbələdə minik maşını yanıb Hadisə

Qəbələdə minik maşını yanıb

Qəbələ rayonunun Bum qəsəbəsində “Daewoo” markalı minik avtomobilinin yanar hissələri yanıb.

APA FHN-ə istinadən xəbər verir ki, yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.