Tramp: İran yığması dünya çempionatına qatıla bilər, amma “bunun uyğun olduğuna inanmıram”
Rusiya MN: Ukrayna Donetskdə xəstəxanaya PUA-larla zərbə endirib, 8 tibb işçisi ölüb
Qırmızı dənizdə ABŞ-ın təyyarədaşıyan gəmisində yanğın olub, 2 dənizçi yaralanıb
Miroslav Layçak: BMT-yə qarşı tənqidlər artıb, bunların böyük hissəsi ədalətli deyil
28 Oktyabr 2024 11:42
2 506
Mən Rumıniyadan gəlmişəm. Qarabağın mənzərəli yerlərini, xüsusilə Ömər aşırımını ziyarət etmək imkanım oldum. 800-900 il əvvələ aid tarixi abidələri də gördük. Səyahətimiz çox maraqlı keçir.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Cəbrayıla səfəri zamanı səyyah Mihael Pop deyib.
“Həmçinin yenidənqurma işlərinə, yeni tikilmiş beynəlxalq hava limanına baxdıq. Belə qısa zaman ərzində bu qədər layihənin həyata keçirilməsi və davam etdirilməsi həqiqətən inanılmazdır”, - deyə o əlavə edib.
Qeyd edək ki, Belçika vətəndaşı Yves Bouvienin başçılıq etdiyi Böyük Britaniyanın “Piki Reels” klubunun 33 nəfərlik səyyahlar qrupu işğaldan azad olunan torpaqlarımızda səfərdədir. Xarici səyyahlar erməni işğalı zamanı törədilən vandalizm barədə məlumatlandırılır, həmçinin azad olunan ərazilərdə Azərbaycan dövləti tərəfindən həyata keçirilən quruculuq işlərinə şahidlik edirlər.
Ümumiyyətlə, dünyanın əsas beynəlxalq səyahətçilər klublarının 2020-2024-cü illərdə Qarabağ və Şərqi Zəngəzura 11 səfəri təşkil olunub. Bu səfərlərdə, 50-dən artıq ölkədən 400-dən çox məşhur beynəlxalq səyahətçi iştirak edib. “Piki Reels” klubunun bu səfəri isə sayca 12-cidir.
Bu səfərlər işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması, eyni zamanda, aparılan nəhəng quruculuq və bərpa işlərinin nümayişi üçün mühüm əhəmiyyət daşıyır.