UNOSSC Qlobal Cənub QHT Platforması barədə məlumatları rəsmi saytında yerləşdirib - FOTO
Ukrayna və ABŞ günün sonuna qədər sülhü yaxınlaşdıracaq razılığa gələ bilər
Aİ hibrid və kibertəhdidlərlə mübarizədə Ermənistanı dəstəkləməyə hazırdır
Gültəkin Hacıbəyliyə Türkiyədən deportasiya olunması ilə bağlı qərar təqdim olunub
30 Oktyabr 2024 11:06
2 681
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 22 yanğına çıxış, 6 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 7 nəfər xilas edilib, 2 nəfər təxliyə olunub, 3 nəfərin meyiti təhvil verilib.