İran XİN: İsrail və ABŞ İsfahandakı UNESCO siyahısına daxil olan sarayı zədələyib Gündəm

İran XİN: İsrail və ABŞ İsfahandakı UNESCO siyahısına daxil olan sarayı zədələyib

Bir hissəsi UNESCO-nun Dünya İrsi Siyahısına daxil olan İsfahandakı Çehel Sotoun Sarayı (Qırx Sütun Sarayı) ABŞ və İsrailin hücumları nəticəsində ciddi şəkildə zərər görüb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmail Bəqai məlumat verib.

O X sosial şəbəkəsində yazıb:

"Tehranda Gülüstan sarayına edilən hücumdan sonra ABŞ və İsrail İsfahan şəhərində qlobal əhəmiyyətli başqa bir mədəni irs obyektinə - Nəqşi Cahan meydanında yerləşən UNESCO-nun Dünya İrsi Siyahısına daxil olan Çehel Sotun Sarayına zərər vurublar".
Bəqai qeyd edib ki, Səfəvi dövrünə aid bu saray (1501-1736) təkcə İran irsinin bir hissəsi deyil, həm də "bütün bəşəriyyətə məxsus mədəni xəzinədir".