İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
7 Yanvar 2025 23:15
2 429
Bu gün saat 21:30 radələrində Bakı Metropoliteninin “Ulduz” stansiyasında qatar platformaya daxil olan zaman sərnişin relsin üzərinə düşüb.
Bu barədə Xalqcebhesi.az-a Bakı Metropoliteni QSC-dən bildirilib.
İlkin məlumata əsasən, sərnişin hadisə nəticəsində ağır xəsarət alıb.
Sərnişinlər dərhal qatardan düşürülüb və yüksək gərginlik bərpa edildikdən sonra qatar "Nərimanov" stansiyasından elektrik deposuna yola salınıb.
Yaşıl və Qırmızı xətlər üzrə 17 dəqiqə yubanma qeydə alınıb.
İlkin tibbi yardım göstərildikdən sonra sərnişin tibb müəssisəsinə aparılıb.
Aidiyyəti üzrə araşdırmalar davam etdirilir.
Sərnişinlərdən təhlükəsizlik qaydalarına riayət etmələri və platformalarda hərəkət zamanı diqqətli olmaları xahiş olunur.
25 Mart 17:27
1 316
25 Mart 15:08
1 316
25 Mart 15:03
1 323