17:30
623
“ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları dayandırmaq niyyəti yoxdur”.
Bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu deyib.
O bildirib ki, hazırda regionda genişmiqyaslı silahlı münaqişəyə son qoymaq perspektivi mövcud deyil: “ABŞ və İsrailin hərbi avantürizmlərini dayandırmaq niyyətində olduqlarına dair heç bir əlamət yoxdur”.
Rusiya Təhlükəsizlik Şurasının katibi qeyd edib ki, ABŞ və İsrail əksinə, məqsədlərinə çatana qədər hərbi əməliyyatları davam etdirməyə hazır olduqları barədə bəyanatlar verirlər. Amma Şoyqunun fikrincə, bu məqsədlərin nə demək olduğunu heç kim başa düşmür.