"Türkiyənin əlinə fürsət düşə bilər" Gündəm

"Türkiyənin əlinə fürsət düşə bilər"

Hörmüz boğazının bağlanması onun hüquqi statusunun olması gerçəyini formalaşdırır. "Beynəlxalq sular" statusu olmayan Hörmüz boğazı kimi strateji ərazi tək iki ölkə xüsusən İran və Omanın ümidinə buraxıla bilməz.

Bunu xalqcebhesi.az-a ƏHD Partiyasının ictimai-siyasi əlaqələr üzrə katibi Azər Qasımov deyib.

Onun fikrincə, görünən odur ki, proseslər Hörmüz boğazına beynəlxalq status qazandırılması istiqamətində gedir ki, bunun analoqu Bosfor və Dardanel boğazlarıdır:

"Hörmüz boğazına hər hansı status verilməklə burdan keçid rüsumu alınacaqsa, onda Türkiyə də eyni praktikanın "Montrö boğazlar sözləşməsi"nə tətbiq edilməsini tələb etməlidir.
Türkiyə bunun üçün İstanbul kanalı çəkmək məcburiyyətində qalıb ki, alternativ su yolu ilə Montrö sözləşməsini qüvvədən salsın.

İndi Türkiyənin əlinə fürsət düşə bilər. Bu məsələnin hüquqi aspektləri təbii ki, öyrənilməlidir, amma böyük ehtimalla Türkiyə eyni şəraitdə ödəniş edilməklə keçidi özü üçün də tətbiq edilməsini tələb edə bilər.

Yeni dünya düzənində beynəlxalq hüququn yenidən formalaşdığı dövrdə qeyd edilən məsələ Türkiyənin geosiyasi və geoiqtisadi mövqeyini daha da gücləndirə bilər. Türkiyə bu məsələdə qərarlı olmalıdır".

Cavid