17:29
609
Ermənistan Baş naziri Nikol Paşinyan qarşıdan gələn parlament seçkilərində müxalifətin qələbəsini istisna etdiyini bildirib.
Bu barədə o, parlamentdə çıxışında danışıb.
“Bunu niyə deyirəm? Təkcə son bir ay ərzində xalqla ünsiyyətim və onların əhval-ruhiyyəsini, danışıq tərzini görmək buna əsas verir. Üstəlik, tarixi dövrlər də var”, - Nikol Paşinyan qeyd edib.
Baş nazirin sözlərinə görə, xalq uzun müddət keçdiyi münaqişəli yoldan sonra arzuladığı mərhələyə çatıb, amma həmin mərhələdən ani şəkildə dönüş edərək inkişaf gündəmindən imtina edib yalnız mövcudluğu qoruma gündəminə qayıtması inandırıcı deyil.
“Tarixi məqamı düzgün qiymətləndirməliyik”, - vurğulayıb.
Paşinyan müxalifəti Ermənistan və Azərbaycan arasında sülh prosesini yenidən nəzərdən keçirməkdə ittiham edib:
“Onlar sülhü zorla qəbul etdirmək, güc yolu ilə sülh yaratmaq kimi yanaşmalar istifadə edirlər. Bu, demək olar ki, müharibə yoluna qayıtmaqdır. Konkret olaraq söhbət Köçəryan-Karapetyan-Sarukyan üçlüyündən və onlara bağlı qüvvələrdən gedir. Biri deyir ki, yenidən danışıqlar aparaq, digəri deyir ki, güclə diktə edək. Ümumi məntiq budur. Onlar mövcud sülhün qorunmalı və müdafiə olunmalı olduğunu hesab düşünmürlər”.