15:13
679
İran Prezidenti Məsud Pezeşkian regionda davam edən böhran fonunda tutduğu mövqeyə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.
Məsud Pezeşkian bu barədə "X" platformasında türk dilində paylaşım edib.
"Əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın təcavüzkar sionist rejimi qınamaq məsələsində qətiyyətli mövqeyi təqdirəlayiqdir. Qardaş türk milləti uzun illərdir İslam ümməti ilə həmrəylikdə mühüm rol oynayıb. Bu şərəfli yolu birlikdə davam etdirəcəyik", - deyə paylaşımda bildirib.