İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
8 Yanvar 2025 13:15
3 381
Zaqatala yeni doğulan körpə ölümü baş verib.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, yanvarın 7-də Zaqatala rayonu Gözbarax kənd sakini 1992-ci il təvəllüdlü Xanım Üzeyr qızı Didiyeva dünyaya uşaq gətirmək üçün Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Doğum şöbəsinə müraciət edib. X. Didiyeva qeysəriyyə əməliyyatı ilə qız uşağı dünyaya gətirib.
Körpə doğuşdan bir qədər sonra ölüb.
X. Didiyevanın yaxınlarının APA-ya verdiyi məlumata görə, bu, onun üçüncü doğuşudur. Doğuşdan bir gün əvvəl X. Didiyeva Zaqatala RMX-da müayinə olunub və hamiləliyin normal keçməsi barədə məlumat verilib.
Ölümün dəqiq səbəbini öyrənmək üçün körpənin meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı Zaqatala rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.
25 Mart 17:27
1 323
25 Mart 15:08
1 330
25 Mart 15:03
1 344