İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
16 Yanvar 2025 14:49
2 709
NATO-nun Hərbi Komitəsinin Baş Qərargah rəisləri formatında keçirilən Alyansın üzv və tərəfdaş ölkələri ordularının baş qərargah rəislərinin iclasında iştirak etmək üçün Brüssel şəhərində səfərdə olan Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev bir sıra görüşlər keçirib.
APA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürak, İtaliya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Lusiano Portolano və Macarıstan Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Qabor Böröndi ilə keçirilən görüşlər zamanı ölkələrimiz arasında hərbi əməkdaşlığın carı vəziyyəti və inkişaf perspektivləri, habelə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə olunub.
Görüşlərdə Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə də iştirak edib.
25 Mart 17:27
1 323
25 Mart 15:08
1 330
25 Mart 15:03
1 344




