Tovuzda hündürlükdən yıxılan 33 yaşlı kişi xəstəxanada ölübHadisə
13 Fevral 2025 10:20
1 981
Tovuzda bədbəxt hadisə baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, fevralın 12-də Qovlar şəhəri ərazisində Cilovdarlı kənd sakini 33 yaşlı Murad Hüseynov hündürlükdən yıxılıb. Xəstəxanaya yerləşdirilmiş M.Hüseynov orada ölüb.
Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırmalar aparılır.