Bakıda zəncirvari yol qəzası zamanı ata və azyaşlı övladı ölüb Hadisə

Bakıda zəncirvari yol qəzası zamanı ata və azyaşlı övladı ölüb

Bakının Sabunçu rayonunda ağır yol qəzası qeydə alınıb.

APA xəbər verir ki, hadisə Sabunçu qəsəbəsi ərazisində baş verib.

Belə ki, "Mercedes-Benz" markalı avtomobil "Renault" və "Changan" avtomobilləri ilə toqquşub.

Qəza nəticəsində "Changan"ın sürücüsü Ramin Məmmədov və onun 2 yaşlı qız övladı hadisə yerində ölüb.