İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
21 Fevral 2025 13:51
2 429
Sumqayıt şəhəri və Bakının Xətai rayonunda dələduzluq və oğurluqda şübhəli bilinən şəxslər saxlanılıb.
DİN xəbər verir ki, Sumqayıt şəhəri ərazisində bir nəfərin dələduzluğa məruz qalması barədə polisə məlumat daxil olub.
Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 54 yaşlı Ə.Abdullayev müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla həmin şəxsin zərərçəkənin etibarından sui-istifadə edərək onunla şərikli biznes quracağı barədə yalan vədlər verdiyi və onun 20000 manat pul vəsaitini dələduzluq yolu ilə ələ keçirdiyi məlum olub.
Bundan başqa, Xətai rayonu ərazisində bir nəfərin bank kartından 7300 manatını oğurlamaqda şübhəli bilinən 36 yaşlı T.Abbasovun saxlanılması da polis əməkdaşları tərəfindən təmin edilib.
Araşdırmalar aparılır
25 Mart 17:27
1 323
25 Mart 15:08
1 330
25 Mart 15:03
1 344