İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
15 Aprel 2025 18:35
2 303
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cari ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə keçirilən tədbirlər çərçivəsində hərbi hissələrdə ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlinin cəlb edildiyi növbəti təlim toplanışı davam edir.
MN-dən Xalqcebhesi.az-a verilən məlumata görə, plana uyğun olaraq, hərbi vəzifəlilərin nizam-intizamını və mənəvi-psixoloji vəziyyətini artırmaq məqsədilə onlarla ictimai-siyasi hazırlıq məşğələləri keçirilib.
Təlimə cəlb olunan heyət, həmçinin atəş hazırlığı üzrə məşğələlərə qatılıb, atıcı silahlar və əl qumbaraatanlarından praktiki atış çalışmalarını yerinə yetirib.
Keçirilən toplanışın əsas məqsədi ehtiyatdan çağırılan hərbi vəzifəlilərin döyüş hazırlığının, bilik və bacarıqlarının daha da inkişaf etdirilməsi, praktiki vərdişlərinin təkmilləşdirilməsi, eləcə də onlara yeni hərbi biliklərin aşılanmasıdır.
25 Mart 17:27
1 323
25 Mart 15:08
1 330
25 Mart 15:03
1 344
